Page 116 - "Yolüstü söhbət"
P. 116
BİR YAZ GÜNÜ

Y az havasına həmişə aldanıram. Aldandığımı xəs-
tələnəndən sonra hiss eləyirəm, onda da daha iş-
işdən keçmiş olur. İndi də nə qədər isti olsa belə, paltonu
təzədən əynimə taxmışam. Ancaq nə xeyri, bir var xəstələn-
məmək üçün geyinəsən, bir də var sağalmaq üçün.
Bu gün özümü lap pis hiss eliyirəm. Elə hey titrədirəm.
Ona görə işdən icazə alıb qayıtdım yataqxanaya. İş saatı
qurtarmadığından yataqxanada kimsəsizlikdi. Belə vaxtlar
nəsə narahat oluram, elə bil qatar hamını götürüb gedib,
mənsə perronda tək-tənha qalmışam.
Gözləməyə heç vaxt hövsələm çatmır. İşdə desələr, bax
bu iki maşın dəmir-dümürü boşalt – razı olaram. Amma
desələr, hər on dəqiqədən bir bayıra çıxıb bir ağız qışqır –
bacarmaram. Gözləmək dərdidi ki, mətbəxlə heç aram
yoxdu. İndi də dəqiqədənbir çaydanın ağzını açıram, gö-
rüm, qaynadımı, o da elə bil tərsliyə düşüb.
Mətbəxin pəncərəsi metroya baxır. Evlərlə metronun
arası çöllükdü, dərə-təpədi. Burdan dəmiryolu keçir. Vaxtsız,
vədəsiz ötən elektrik qatarlarının gurultusu məndən xəbərsiz
keçib-gedən nələrinsə sirli səsinə oxşayır.

116
   111   112   113   114   115   116   117   118   119   120   121