Page 114 - "Yolüstü söhbət"
P. 114
Günün istisi kişini təntidir. Belə baxanda düzəməlli bir
iş görməyib, ancaq yorğunluq hiss eləyir, çoxdan bədənini
tərk edən gücün, qüvvənin yeri yara kimi sızıldayır. Köl-
gəliyə çəkilib papiros yandırır. İşdən toza-torpağa bulaşmış
əli ilə papirosu tutub, tərini silə-silə qıraqdan gördüyü işə
baxmaq ona ləzzət eləyir. Ləzzət aldığı, canı-başı rahat
yatdığı az olmayıb. Bir vaxt bu ev də yox idi. Özü gəlib
yurd saldı, evləndi, bir yerdə daşı daş üstə qoydular, ev
düzəltdilər, oğul-uşaq böyütdülər. İndi budu, həmin adam
yorğun-arğın durub papiros çəkə-çəkə ömrünü qoyduğu
bir parça torpağa baxır və bu bir parça torpaqda nəsə eləyə
bildiyinə görə ürəyi küləksiz havada kirimişcə dayanmış
barlı-bəhrəli ağac kimi rahatdı.
Qarı onu çağırır, yəqin çay hazırdı. Gedib yenə yaxşı-
yaxşı yuyunur, sonra evə çıxıb köynəyini dəyişir. Körpə öz
arabasında sakitcə uzanıb, mığmığa onu incitməsin deyə
arabanın üstünə cuna sərilib. Kişi ehmalca cunanın kənarını
qaldırıb baxır. Körpə onun baxdığını görüb qığıldayır, əl-
lərini tərpədir. Qarı nə qədər desə də ki, qucağa öyrətmə,
özünü saxlayammayıb arabadan götürür. Körpənin qara
gözləri gülür, nəsə qığıldayır. Bu qığıltı nə dediyini başa
düşəmmədiyi yarpaqların xışıltısına oxşayır; sirli, sehirli.
Kişi onun ilıq, biçilmiş ot qoxuyan nəfəsini udmaq üçün
üzünə lap yaxın tutur, cadar-cadar barmaqlarını körpənin
əllərinə, üzünə toxundurur. Barmaqları ancaq ona aşkar
olan sirdən titrəyir.
Körpə ortancıl oğlunundu, yaxşı ki, alıb saxlamaq qarının
ağlına gəldi, yoxsa lap darıxardılar. Uşaqların hərəsi bir
yandadı, həyat onları göz açdıqları bu evdən götürüb uzaq-
uzaq yerlərə aparıb. Kişi heç kimi qınamır, belə də olmalıdı,
hər kəs öz qismətini gedib tapmalıdı.
114