Page 109 - "Yolüstü söhbət"
P. 109
“Onu daha heç kim sevməyəcək…”
Mənə elə gəlir ki, Sadıq dayı şabalıdı gur saçlarını onda
dibindən qırxdırmışdı, qayır-qayır qaynayan gözləri onda
ölmüşdü, qonur gözlərində qüssə onda yuva qurmuşdu.
Bəs o “su sonası” indi hardaydı? Bəlkə xiffətdən sağalmaz
dərdə tutulmuşdu, ilk görüşlərini, ilk öpüşlərini xatırlaya-
xatırlaya dünyadan köçmüşdü?
Bəlkə sevdiyi adamla bir daha rastlaşmamaq üçün baş
götürüb haralarasa getmişdi, ailə, uşaq sahibiydi, hər gün
bazarda, dükanda gördüyü kök, dolu arvadlardan biriydi,
indi heç Sadıq dayı yadına da düşmürdü? Xatırlayanda da
o vaxtkı uşaq hərəkətlərinə yüngülcə gülümsəyirdi?
Açıq qalmış qapıları küləklər çırpırdı…
İlk dəfə üz qırxdırdığıma görə Sadıq dayı məndən pul
almaq istəmir. Mən də “siftəndi” deyib, pulu məcbur ve-
rirəm.
– Sağ ol, Sadıq dayı.
Bir azdan Sadıq dayı dəlləkxananı bağlayıb gedəcək. İs-
tilər düşəndən çox vaxt axşamlar da məhəllədə görünmür.
“Salam, Sadıq dayı”. “Kefin necədi, Sadıq dayı?” “Sabahın
xeyir, Sadıq dayı”. “Nə təhərsən, Sadıq dayı?”
“Yaxşıyam, sağ ol”.
Hamı kimi hər gün beləcə görüşürük. Ancaq hərdən
Sadıq dayının tərsəməssəb cavabları da olur.
– Yaxşı olardı, xatirələr qoysa…
109