Page 105 - "Yolüstü söhbət"
P. 105
Uşaqlar böyümüşdü, gözümüzü açıb qoca gördüklərimiz
ölmüşdülər, oğlanlar gəlin gətirmişdi, qızlar ərə gedib
məhəllənin yolunu yadırğamışdılar, təzə peyda olmuş
uşaqları isə adam düzəməlli tanıya bilmirdi.
Ancaq köşk həminki idi, ikimərtəbəli evlərin yanında
lap balaca görünsə də, Sadıq dayı vaxtaşırı onun rəngini
təzələyirdi, ora-burasına əl gəzdirirdi.
Elə Sadıq dayı da həminki idi: nə cavan idi, nə qoca,
bəlkə də heç vaxt dəyişməyən ağ xalatı, dibindən tərtəmiz
qırxılı başı adamı çaşdırırdı.
Mənə elə gəlirdi ki, Sadıq dayı üçün irəlidə heç nə yoxdu,
görüləsi işini görüb, deyiləsi sözünü deyib, daha arzulanası,
can atılası bir şey qalmayıb – mənim ilk təəssüratım beləydi.
İllər öz işini görmüşdü; üzünün dərisi lırtlaşmışdı, çənəsi
sallanmışdı, ilk təəssüratım isə dəyişməmişdi.
“Qırx – qəribə yaşdı. Nə keçmişi düşünürsən, nə gələcək
haqqında planlar qurursan. Adam bu gününü yaşamaq
istəyir, bu günündən hər şeyi almaq istəyir”.
Bu sözlər Sadıq dayının məhəlləmizə gəldiyi ilk vaxtlara
aiddi.
Köşkün dükan olmadığına heyifsilənsələr də, məhəllə
camaatı ona tez öyrəşdi, köşk məhəllənin yığnaq yerinə
döndü.
Sadıq dayı adama çox da yovuşan deyildi, içki içmirdi,
siqaret çəkmirdi, – “bütün günü əlim başınızda, üzünüzdədi,
içsəm, çəksəm, iydən bezərsiniz, mənim insafıma nə gəlib”,
– ancaq onun yanında darıxmırdılar, hətta dəlləkxana bir
gün bağlı olanda, elə bil məhəllədə nəsə çatışmırdı.
Biz uşaqların isə başını keçəl qırxdırmaq dəb düşmüşdü.
Özgə vaxt bizi yola gətirmək müsibət məsələydi, indi
“o boyda adamın başını keçəl qırxdırması” dilimizi-ağzımızı
bağlayırdı.
105