Page 101 - "Yolüstü söhbət"
P. 101
anda bir də bu söhbətə qayıtdı, görürəm axı, nəsə olub,
dedi, niyə məndən gizlədirsən, bəlkə sənə köməyim dəydi,
bir məsləhət verdim, yoxsa mənə inanmırsan?! “Mən sənə
inanıram, hamıdan çox inanıram”, – bu sözləri pıçıldayanda
da hələ dalğındı, elə bil nə elədiyini hələ də kəsdirəmmirdi,
o uzaqlıqdan geri qayıdammırdı. Daha şübhəsi qalmadı
ki, nə isə baş verib. Bu saat qeyri-adi bir söz eşidəcək və
artıq tərəddüdlə: inanırsansa, danış, dedi. “Mən hiss
eləyirəm ki, istəyə bilərəm”, – Nərgizin üz-gözündə həyəcanla
utancaqlıq bir-birinə qarışmışdı. Yox, o, bunu gözləmirdi,
unamışdı qeyri-adi bir şey eşidəcək, ancaq bunu gözləmirdi.
Çalışdı zarafata salsın. Bu söhbətin ciddiliyinə inanmadığını
nə təhərsə göstərsin: “Necə yəni, istəyə bilərəm, yoxsa
sifarişnəndi?!” “Bilmirəm, yəqin, istəyirəm, – bir az duruxub,
– hə, – dedi, – istəyirəm”. Demək, bayaq heç kimi eşitmə-
yəndə, gözü heç kimi görməyəndə, elə bunun üstündə baş
sındırırmış, axır ki, qət elədi, şübhədən çıxdı, son sözünü
dedi. Bəs o nağıllar harda qaldı: sevmirəm, sevməmişəm,
heç vaxt da sevməyəcəm. “O da səni istəyirmi,” – bu sualı
verən adam, doğrudan da, artıq hər şeydən əlini üzmüşdü,
ona, doğrudan da, məsləhət vermək, onu səhv eləməkdən
qorumaq istəyirdi. “Deyəsən, istəyir, intəhası, o, evlidi”.
Elə “deyəsən”, “evlidi” kəlmələrinə görə onu səhv eləməkdən
qorumaq istəyən adam hirslənməliydi, qarşısındakını
danlamalıydı, amma bir az əvvəlki adam qəfil peyda olduğu
kimi, qəfil də yoxa çıxmışdı. “Evlidi, demək, evlidi”, – zor-
la mızıldandı. Daha heç nə düşünəmmirdi. Özünə gəlib
toxtamaq üçün istədi nəsə eləsin; harasa çıxsın, gəzinsin,
ya siqaret yandırsın, di gəl, əl-ayağının əsməcəsinnən
bacarmırdı. “Mən axmağam, hə, gicəm?!” – Nərgiz düz
onun gözlərinin içinə baxırdı. Elə bil nə hiss keçirdiyini, nə
fikirləşdiyini tutmağa çalışırdı. Gözlərini yayındırdı, ancaq
bilmirdi baxışlarını harda gizlətsin, əllərini axtara-axtara,

101
   96   97   98   99   100   101   102   103   104   105   106