Page 104 - "Yolüstü söhbət"
P. 104
NİSGİL
S abahın xeyir, Sadıq dayı, bəlkə üzümü qırxasan?
Bir görüm başqası qırxanda necə olur…
Neçə günün leysan yağışlarından sonra bərk istilər
düşmüşdü. Heç nəyə həvəs yox idi.
Taqətsiz, halsız uzanıb, bir udum meh həsrətiylə axşamı
gözləyirdin. Ancaq gecənin gündüzdən elə bir fərqi yoxuydu.
Bürkü sıxıb adamın suyunu çıxarırdı.
Səhərə kimi neçə dəfə tərin içində yuxudan ayılırdın.
– Ağıllı fikirdi. – Üzündə heç bir ifadə yoxdu. Süstlük,
əzginlik var.
Sadıq dayı bizim məhəlləyə gələndə mən uşağıydım.
Köşkün altına iki tir vurub onu yoğun məftillə yük
maşınına bağlamışdılar. Hardan hara, o boyda yolda iz
sala-sala sürüyüb bu dördyol ayrıcına qoymuşdular.
Uşaqlı-böyüklü hamı köşkün başına yığışmışdı. Arvadlar
sevinirdi ki, daha hər xırım-xırda üçün şəhərə qaçmayacaqlar.
Ancaq köşk dükan yox, dəlləkxana oldu. Yaşıl köşkə,
başı həmişə dibindən tərtəmiz qırxılı, ağxalatlı Sadıq dayıya
beləcə öyrəşdik.
O vaxtdan məhəllədə çox şey dəyişmişdi. Qonşular bir-
birinin bəhsinə biri o birindən, heç olmasa, bir daş hündür
ikimərtəbəli evlər tikdirmişdilər.
104