Page 107 - "Yolüstü söhbət"
P. 107
Hər şey yuxu ilə dəyişmişdi. Yuxuda qonşu qızı
görmüşdü. Görmüşdü onunla sevişir, bülbül kimi dimdik-
dimdiyə dayanıb, ürəkləri əsə-əsə bir-birlərinə şirin-şirin
sözlər pıçıldayırlar.
“Çoxdan tanıdığım qızdı. Demək olar, gözümün qaba-
ğında böyümüşdü. Ancaq heç vaxt ağlıma başqa şey gətir-
məmişdim, ona başqa gözlə baxmamışdım. Heç yolda-iz-
də rast gələndə də düzəməlli fikir vermirdim”.
Yatıb başqa bir adam kimi oyanmışdı.
Bu adam nə qız görmüşdü, nə qadın görmüşdü, nə ailə,
uşaq qayğısı çəkmişdi.
“Durub-oturub onu fikirləşirdim, onunla rastlaşmaq üçün
yüz hoqqa çıxarırdım. Ancaq rastlaşanda üzünə dik baxa
bilmirdim, söz deyəndə dilim-ağzım təpiyirdi. Lap mək-
təbliyə dönmüşdüm”. Axır ki, ürəyini açıb, sözünü demiş-
di. Neçə dəfə gizlicə görüşüb söhbətləşmişdilər. Hər şey se-
vib-seviləndə gözəliymiş: əlindən tutmaq da, yanında din-
məzcə dayanmaq da. Bir anın sevinci bütün günə çilənirdi.
Qanıqara olanda, işi tərs gətirəndə, təklik, sakitlik axta-
rırdı ki, öz dünyasına çəkilsin, hər sözü, hər baxışı təzədən
xatırlasın, duyduğu çırpıntıları təkrar yaşasın.
Günlər tez keçirdi, günlərin başında o qız dururdu. Qalan
şeylər mənasız idi. Səhər tez açılsın ki, onu görsün, evdən
çıxsın ki, onunla rastlaşsın, tək qalsın ki, onu düşünsün.
Xoş baxışdan, şirin sözdən savayı bir şey ummadığı
belə xoşbəxt günlər çox davam eləmişdi. Ondan olsaydı,
heç nəyi dəyişməzdi, möcüzə olana qədər gözləyərdi.
“Həyatda möcüzə yoxdu, özünü aldada bilmək var. Ya-
lançı daşlardan yalançı ev qurursan. Həmin evin qapısını
külək, damını yağış döymür. Onun üçün həmişə günəş çı-
xır, Ay doğur, həyətində qızılgüllər açır. Başqasının əli o
107