Page 111 - "Yolüstü söhbət"
P. 111
lgəsində mürgüləyən toyuqları səksəndirirlər. Tut o
qədər dəyib ki, torpağa düşən kimi dağılır. Onları qarı, bir
də toyuqlar dənləyir.

Evdən körpə səsi eşidilir. Səs həyətə sərinlik gətirir. To-
yuqlar istinin keçdiyini düşünüb başlarını qaldırırlar. Qarı
artırmaya çıxır, nəvəsini ovuda-ovuda şüşəyə çay süzür.
Körpə əmziyi tutan kimi kiriyir. Qarı ehmalca pilləkənləri
düşüb kölgəlikdə oturur. Qırışmış sifəti hələ də yuxuludu.
Axır vaxtlar yuxusunu lap çaşdırıb: körpə yatsa – yatır,
dursa – durur.

İnsan nəfəsi həyətin mürgüsünü dağıdıb. Toyuqlar öz
kimsəsizliklərini, qarısız bir qəpiyə də dəymədiklərini indi
hiss ediblər. Sevinclə qırtlaşa-qırtlaşa həyətdə gəzişirlər.
Şipşirin, ağappaq tutları dənləmək də ancaq indi onlara
ləzzət eləyir.

Bir azdan kişi də astanada görünür. O da yuxuludu.
Aşağı düşən kimi suyun gəlib-gəlmədiyini yoxlayır. Kranı
açıq qoyur ki, su gələndə bilsin. Sonra hovuzdakı suyla
püfə-püflə yuyunur.

Qarı kişisinin vərdişini bildiyindən durub çay qoymaq
üçün mətbəxə qalxır. Ancaq hələ çay hazır olana qədər nə
iş görəcəyini, başını nəylə qatacağını kişi bilmir. Görüləsi
iş çoxdu. Bibərin, badımcanın əsl sulanan vaxtıdı. Bağın
başında bir az pomidor da əkib, sarı çiçəkləri su deyib Al-
laha yalvarır. Zoğal da onun kimi.

Kişi çardağın altına baxıb gözü ilə təzə qəzetləri axtarır.
Tapanda söhbətcil bir tanışla görüşürmüş kimi sevinir.
Tezcə qarıdan eynəyini istəyib çardağın altda yerini rahatlayır.
Qəzetləri oxuyub qurtarana qədər gərək heç kim onu danış-
dırmasın.

111
   106   107   108   109   110   111   112   113   114   115   116