Page 113 - "Yolüstü söhbət"
P. 113
ub qızaracaq. Suyu onun dibindən götürməyə kişinin
əli gəlmir. Həmişə belə vaxt çətinlik çəkir, elə bil uşaqlarını
yedizdirir, bilmir qaşığı birinci hansının ağzına aparsın.

Ağacların hamısını özü basdırıb, ağacların hamısı ondan
cavandı, gözünün qabağında şirələnib, boy atıb, meyvə
verib. Bircə ceviz ağacına ərki çatmır, ceviz ağacı ondan
qocadı. İri gövdəsi, nəhəng çətiri bağın bir yanını tutub.
Qonşular həmişə gileylənir, kəs deyirlər, ağaclarımızı qu-
rudur. Kişi də bilir ki, qurudur. Ancaq əli gəlmir, qarğış yi-
yəsi olmaq istəmir, özü basdırmayıb, özü də kəsə.

Kişi gözünü cevizdən çəkəmmir. Dünyanın bu dilsiz-
ağılsız ağacları, daşı, çiçəyi öz dinməzliyi ilə ona görə bil-
diyinin arxasında görəmmədiyi nələrinsə olduğunu hiss
elətdirir. Görəmmədiyinin xofu, sehri, sirri onu uşağa dön-
dərir. Dünyanın yağışı, qarı, gözünü açıb başının üstündə
gördüyü günəşi, min-min ulduzu, buludları oynada-oynada
qabağına qatıb qovan küləyi bu uşaq üçün möcüzədir.
Uşaq heyrətlə, qadın bətni kimi bəhrəli torpağın bitirdiyi,
bir-birinə bənzəməyən yüz cür çiçəyə, ota, ağaca baxır.
Torpaq iyirmi addım yerdə eyni torpaqdı. Amma bu eyni
torpaqda eyni suyu içib, eyni havanı udub biri dəcəl uşağa
oxşayan alma ağacı olur, biri bəyaz çiçəklərilə adamın ürə-
yini titrədən gilənar ağacı, biri qadın kimi zərif, incə qızılgül.
Hərəsinin də öz dadı-tamı, öz rəngi, öz qoxusu.

O, bir udum havanı sinəsinə çəkib dərindən nəfəs alır,
dünyanın çiçək bitirən möcüzəsinə, canına yayılan bir
udum havanın möcüzəsinə sevinir. Zoğalsa başını budaq-
larının arasına soxub sudan içdikcə içir, bir doydum da
demir, baxırsan, baxırsan, inanmağın gəlir ki, bu saat gözün
görə-görə meyvələri dolub qızaracaq.

113
   108   109   110   111   112   113   114   115   116   117   118