Page 118 - "Yolüstü söhbət"
P. 118
Həmişə uşaqların gözləməyi özlərinə qalır, mən arsızlı-
ğıma salıb durmuram, di gəl işə gecikmək qorxusundan
yata da bilmirəm. Onlarsa pıqqıldaşa-pıqqıldaşa yerlərinin
içində tərpənməyib məni gözləyirlər. Axır ki, yenə hansısa
bezib durur. Çay hazır olanda qəfil gözümü açıram, güya
indicə ayılmışam, kal-kal böyür-başıma baxıram. Onlar bu
vaxt özlərini saxlaya bilməyib gülüşürlər. Mən də onların
cavabında yuxulu-yuxulu gülümsəyirəm. Daha başqa söhbət
olmur, güya onların da mənim bicliyimdən xəbəri yoxdu.

Təzə otağa, təzə mərtəbəyə nə qədər öyrəşsəm də, hər
dəfə yerimdən durub tez-tələsik yuyunmağa qaçanda əv-
vəllər başqa mərtəbədə yaşadığım yadıma düşür. Köhnə
yerdə heç vaxt xidmətçini görməmişdim. Biz yuxudan du-
randa artıq dəhliz də, ayaqyolu da, yuyunma otağı da
tərtəmiz olurdu. Ancaq bura köçəndən hər səhər qara xalat
geyinmiş xidmətçi qadınla rastlaşıram. Həmişə də, tərs
kimi, o, ya yuyunma otağını təmizləyir, ya da ayaqyolunu.

Mərtəbənin köhnə sakinlərinin yan-yörəmizdə qurdalanan
bu balaca qadını sezməmələrinə, onun yanında özlərini
sərbəst aparmaqlarına, bir-biriləri ilə şit-şit zarafat eləmə-
lərinə, söyüş söymələrinə ilk günlər öyrəşə bilmirdim.
Qadın yataqxananın oyandığı vaxtı yaxşı bilir, istəsə bu işi
bir az gec, ya bir az tez görər. Amma təəccüblü odur ki, qa-
dın da uşaqlara fikir vermir, elə bil kardı, kordu, heç nə
görmür, heç nə eşitmir, başını aşağı salıb dinməz-söyləməz
öz işini görür.

Daha mən də uşaqlar kimi heç kəsin sezmədiyi, salam
verib, salam almadığı bu qadını görməməyə çalışıram. Di
gəl, yenə səhər onunla rastlaşanda əvvəl çaşıb qalıram,
sonra acığım tutur, sonra da utanıram.

118
   113   114   115   116   117   118   119   120   121   122   123