Page 119 - "Yolüstü söhbət"
P. 119
İşdən çıxanda uşaqlar ilə zavodun ağzında bir-birimizi
gözləmirik. Hərdən havalar xoş olanda görüşürük ki, bir
yerdə gedib bazara, dükana dəyək. Qışdasa çıxan qaçır ya-
taqxanaya, çünki hamımız zavoddan çimib çıxırıq, soyuqda
dayanmağa qorxuruq. Onda otaqda görüşürük, yenə kim
birinci gəlir, o, heç olmasa, çay qoyur. Çay içib canımızı
qızdırandan sonra yemək haqqında fikirləşirik. Ancaq
yorulduğumuzdan bazara, dükana dəyməyə ərinirik. Çox
söz-söhbətdən sonra başlayırıq domino oynamağa. Hamını
udan qalır bəy kimi evdə, əlini ağdan qaraya vurmur, ən
tez uduzub çıxan işin ən çətinini görür, o biri qalanını.
Bəzən dominomuz o qədər çəkir ki, artıq bazar bağlanmış
olur, axırdan-axıra uduzan durub götürülür dükana, kol-
basadan, konservdən, ürəyimiz istəyəndə də araqdan-
çaxırdan tapıb gətirir. Yeyib-içəndən sonra yorğun bədənimiz
daha da süstləşir, özümüzü yıxırıq çarpayıya, başlayırıq
laqqırtıya. Həmişə söhbətimiz oxuduğumuz bir kitabın
davamına oxşayır. Hərə öz həyatından indiyə qədər danış-
madığı şeyləri danışır, ya da bir vaxt üstündən elə-belə
keçdiyi əhvalatı bu dəfə lap yerli-yataqlı xatırlayır. Söhbət-
lərdən sonra bizə elə gəlir ki, heç vaxt bir-birimizə xəyanət
eləyə bilmərik, bir-birimizdən uzaqlaşa bilmərik, uzaqlaşmağı
bacarmarıq. Söhbətimiz get-gedə qırılır, bir də gözümüzü
açanda görürük səhərdi, işə tələsmək lazımdı...

Əvvəl fikrim varıydı çay içib girəm yerimə, bəlkə tərlə-
dim. Amma çay içəndən sonra hiss elədim ki, elə tərləməmiş
də babatam.

Uşaqların gəlməyinə hələ bir az qalır. Təzədən çay qoy-
maq lazımdı, onlar gələnə hazır olsun. Deyirəm, bəlkə elə
yemək bişirim? Amma ləzzət eləyər ha uşaqlara! Necə də
eləməsin. Ac, yorğun gəl işdən, gör ki, stolun üstündə ye-
mək buğlanır.

119
   114   115   116   117   118   119   120   121   122   123   124