Page 124 - "Yolüstü söhbət"
P. 124
Fağır-fağır mızıldandı:
– Futbol oynayırıq da, məhlə-məhləyə.
– Qazancın nə olacaq?
– Nə qazanc, oynayırıq da.
– Gəl bura, futbol qaçmır, gəl toyuqlara bir az ot yol.
Uşaq könülsüz-könülsüz babasının arxasınca gedir.
– Sonra qoyacaqsan eşiyə?
– Mənnən indidən şərt kəsmə.
Toyuqlar mürgünü atıb ota girişdilər. Özündənrazı xo-
ruz arada bir-iki dimdik də yan-yörəsindəki toyuqlara vu-
rurdu.
– Bunların yumurtasını sən yeyirsən də, mən ha yemirəm.
Uşaq ot yoluşdura-yoluşdura çımxırır:
– Elə yeyirsən, heç qoymursan yerə düşə.
Özünü saxlaya bilməyib gülümsəyir.
– Ay özün köpəsən ha, yumurtanı da mənə çox görürsən?!
– Yox e, heç olmasa, demə da.
– Yaxşı, yaxşı, az danış, işini gör.
Başında kütlük var. Bilmir çox yatmaqdandı, az yat-
maqdandı, hərəkətsizlikdəndi, yeməkdəndi, ya elə zəhrimara
qalmış qocalıqdan. Başını tez-tez qonşu Sadığa ülgüclə tər-
təmiz qırxdırırdı. İndi bu da kömək eləmir.
– Baba, gedim?..
Bəlkə taxtı bura gətizdirə, ağacların kölgəsndə, təmiz
havada uzana? Ancaq taxt gətirt, döşək gətirt – uzun haqq-
hesabdı.
– Baxırsan əncirə? Gör nə dəyib. Niyə dərib yemirsən,
oynamaqdan çöpə dönübsən.
– İstəmirəm, səhər-səhər yemişəm.
– Qab gətir, dər.
– İstəmirəm, sonra yeyərəm.

124
   119   120   121   122   123   124   125   126   127   128   129