Page 129 - "Yolüstü söhbət"
P. 129
İndi... Yatsa yuxusuna da girməzdi, desəydilər gülərdi.
Amma indi nə demişdilər, nə də yuxusuna girmişdi. Ol-
muşdu, özü də belə başqa cür.
İşdə heç bilməzdi vaxt necə gəlib-gedir. Heç kimlə ağız-
laşmırdı, incişmirdi. Hamı onun dediyini eşidirdi. Deyə-
gülə işi yola verirdilər. İndi elə bil hamısını qudurmuş it
dalayıb. Balaca bir şeyin üstə höcətləşirlər. Heç kimi dil-
ləndirmək olmur.
O vaxt bircə Səlim sataşırdı ona. Köhnə dost idilər. An-
caq evlənəndən bekara araları soyumuşdu. Soyumuşdu
deyəndə ki, daha işdən sonra pivə içməyə getmirdilər, ya-
taqxanada kef məclisi düzəltmirdilər. Elə ona görə də Səlim
sataşirdı ona: “Evlənənnən, – deyirdi, – kürt toyuq olubsan,
arvad ipini yığıb sənin. Ay yazıq, gör nə günə qalıbsan!?
Kifləndin, bala, kifləndin!..”
Özü deyirdi, özü eşidirdi, yeməkxanada kimisə göstərirdi:
“Nətəri şeydi? Qaqaşın olub e, onnan”. Sonra başqası,
başqası. Hamısı da gözəl, qəşəng, baxırsan üzünə, inanmağın
gəlmir. Heç inanmırdı da. “Gop eləmə da, Səlim, – deyirdi,
– gop eləmə, onun əri var, boynu belin yoğunnuqdadı”.
“Nə olsun əşi, boynun yoğunluğunda döyül ha, iş...”
Bunu deyib irişə-irişə makinaçını göstərirdi: “Canın
üçün, – deyirdi, – mən onnan kəsirəm, o sənnən kəsir, özü
də eşitmişəm, yola gələndi, giriş buna, savaba batarsan”.
“Əl çək, Səlim, sən başın əl çək!” Səlim də gülürdü.
“Əfəlsən, əfəl! Kəsəmənnən beş-altı arvad lazımdı ağlasın
səni..”
Makinaçının da iki sözündən biri əri idi. “Kişi getmişdi
komandirovkaya, filan şeyi gətirdi, dünən getmişdik kinoya,
əldə biletin biri beş manat, kişiynən o gün…”
129