Page 131 - "Yolüstü söhbət"
P. 131
əl güzgüsünə baxıb darandı, düzəndi, hamı ilə xüdaha-
fizləşib düzəldi yola.

Qəribə işiydi: qız dəyişməmişdi. Dünənkindən üzündə,
gözündə, yerişində, duruşunda, danışığında heç bir iz qal-
mamışdı və bunu anlayanda hiss elədi ki,dünya dəyişib.
Öz gözündə dəyişib!

Axşam çörək yeyəndə arvadı işindən danışa-danışa “Kə-
rim” adı çəkdi, təriflədi. Onun dalağı sancdı. Altdan-altdan
arvadına baxdı: ”Kərim kimdi görən?” Sonra arvadı dedi
ki, işarası qaçacam mağazaya, dünən yaxşı stəkanlar olub.
Yenə altdan-altdan arvadına baxdı. “İşarası qaçmaq olurmuş,
bunu mən indi niyə eşidirəm?”

O günün səhəri haradansa ağlına yerləşdi ki, gedib
arvadına zəng eləsin. Evlənəndən tək-tük zəng eləmişdi, o
da təcili bir iş olanda.

– Nə yaxşı zəng eliyibsən?
– Heç, elə-belə... – Mağazaya getmişdin?
– Hə, istədiyim qurtarmışdı ancaq.
– Qurtarmışdı?
– Hə.
– Özgə kefin nətərdi?
– Yaxşıdı.
– Yaxşı olsun, di sağ ol.
– Sağ ol.
Dəstəyi asandan sonra bir xeyli acı-acı gülmüşdü:
arvadıyla danışmağa söz tapmamışdı. Orası gülməliydi ki,
deyəsən, arvad da danışmağa söz tapmamışdı. “Bəs niyə
mənnən belə quru danışır? Yoxsa başqalarının yanında
utanır ərinnən danışmağa? Kimdən utanır, hə? Kərimdi
nədi, onnan yoxsa?..”
Daha işləyə bilmirdi. Durub-oturub son vaxtlar arvadın-
dakı dəyişiklikləri axtarırdı. Hər fikirləşəndə də buna inanmaq

131
   126   127   128   129   130   131   132   133   134   135   136