Page 134 - "Yolüstü söhbət"
P. 134
Buna bax? Mənnən hirslə danışmağına bax, yəni belə
tanıtmışam özümü! “Çıxacaqsan. Yek kəlmə!”

Arvadı da yek kəlməynən cavab vermişdi: “Çıxmayaca-
ğam!”

Yenə özünü saxladı: “Niyə çıxmırsan? Dolana bilmirsən?..
Dolandıra bilmirəm?”

“İş dolanmaqda deyil, mən öyrəşmişəm ora, qaxılıb ev-
də oturmuyacam ha”.

“Kimsə” yenə arvadını götürüb çarpayıya yıxdı. Arvadı
da dünyanı unudub “kimsə”nin sinəsini öpürdü... Daha
özünü saxlayammadı: “Öyrəşibsən?! Yaxşı keçir hə, orda
səninçün! Kimnən yaxşı keçir? Kərimnən yaxşı keçir?! Kef
eliyirsən onnan?!

Arvadı külqabını götürüb yerə çırpdı: “Bəsdi! Bəsdi!
Gedəcəm, rədd olub gedəcəm, belə şey olmaz, gör nə günə
qaldım, Allah?!”

Gör e, özünü nə hirslənmiş göstərir. Elə bunu istəyirmiş,
bunu gözləyirmiş: “Mən gedəcəm, sən niyə gedirsən? Mə-
nim kimim var gətirim, sən oynaşını gətirərsən”.

Bayıra çıxanda elə bil yüngülləşmişdi: “Belə yaxşıdı,
bəsdi daha dözdüyüm, hələ yaxşı eləmədim, gərək vuraydım,
döyüb öldürəydim.”

Amma nə döymüşdü, nə vurub öldürmüşdü. Ordan
dükana gedib araq almışdı, sonra da gecələmək üçün yol-
lanmışdı Səlimin yanına. “Gəlmişəm vurmağa sənnən”. Sə-
lim, deyəsən, heç sevinməmişdi onun gəlişinə. Özgə vaxt
sataşardı. İndisə dinməzcə araqlarını içib girmişdilər yatağa.

Gecə ilan vuran yatmışdı, o yatmamışdı. Evlənəndən
birinci dəfə idi ki, aralarında belə söz-söhbət olurdu.

O üzə çevrikirdi, bu üzə çevrikirdi, rahatlanmırdı. Arvadı
gözünün qabağına gəlirdi, uşağı görürdü, arvadının axırıncı

134
   129   130   131   132   133   134   135   136   137   138   139