Page 136 - "Yolüstü söhbət"
P. 136
Arvadının irilənmiş gözlərinə baxa-baxa başa düşmüşdü
ki, heç nəylə onu sakitləşdirə bilməyəcək, nə desə, daşdan
pis ağrıdacaq. Ancaq gedə bilmirdi, çünki bu getməyin bir
də qayıtmağı vardı, həm də arvadının hirslənməyinə sevinir-
di, onun hirsli-hirsli dediyi sözlərin hamısını eşitmək istə-
yirdi. Hiss eləyirdi ki, hər sözdən ürəyi bir az da sakitləşir,
olub-qalan şübhəsi get-gedə yox olur. Bu hiss ona o qədər
ləzzət elədi ki, sevincini saxlayammayıb qəfilcə gülümsədi.

Arvadını od götürdü: “Nəyə gülürsən, nəyə? Hə, olmu-
şam, düz fikirləşibsən, evə də gətirmişəm!”

Elə bil arvadını danışmağa qoymamaq üçün yerindən
tərpəndi.

“Yalan demə, yalan demə”.
Arvad dediyini yenə təkrar elədi.
O, indi anladı ki, öz şübhələrinə özü də inanmayıb,
hətta dünən qışqırıb-bağıranda, o sözləri arvadına deyəndə
də, evdən çıxıb gedəndə də inanmayıb, heç vaxt.
Arvadının əllərindən tutub ağlamsına-ağlamsına. “Qurban
olum, – dedi, – qadan alım, yalan demə, elə şey olmaz, sən
belə iş görməzsən. Yalan demə, qadan alım, yalan demə!..”
Daha taqəti yox idi, dili söz tutmurdu. Başı fırlanırdı,
nəfəsi kəsilirdi.
Amma arvadı o sözü bir də təkrar elədi, özü də lap sa-
kitcə: “Olmuşam, – dedi, – hə, olmuşam!”
Daha heç nə onu saxlamadı. Bircə ümid də yox idi ki,
şilləni vuranda əlini tutub qoymayaydı.
Evdən çıxanda acıqlı-acıqlı fikirləşdi ki, daha hər şey
qurtardı, onunku onda, mənimki məndə. Qurtardı, vəssalam.
Bir də onun ayağına getməyəcək. Getməyəcək.
Amma yataqxanada keçirdiyi ikinci gecə başa düşdü ki,
hər gün vəziyyəti daha da dözülməz olur. Bir dəfə işdən

136
   131   132   133   134   135   136   137   138   139   140   141