Page 140 - "Yolüstü söhbət"
P. 140
mayla bir oldu, topa-topa ağappaq buludlar genişlikdən
ləzzət ala-ala uçuşurdu.

Yumşaq meh əsdi. İslanmış yerlər üşüdü. Meh biçilmiş
otun ilıq qoxusunu da gətirdi. Tanış qoxudan nəfəsi genəldi.
Meşənin ətəyindən axan çayın soyuq şırıltısını elə bil indi
eşitdi. Göy üzünün maviliyi, təkəmseyrək buludların ağlığı,
yumşaqlığı, meşənin sıxlığı, intəhasızlığı; bu gördüklərinin,
görmədiklərinin varlığı, gözəlliyi bir udum havayla içinə
doldu. Xoşbəxtlik soyuq diliylə içini yalayıb keçdi, yorğun
bədəni qov kimi yüngülləşib çəkisini itirdi.

Arvadı bir azdan gəlməliydi. Səhər çayda paltar yumuşdu,
təndirdə çörək bişirmişdi, arada vaxt tapıb moruq yığmağa
qaçmışdı, indi də bura gələsiydi.

Axır vaxtlar arvadından çəkinirdi. Arvadı bir yana.
Uşaqlara söz deməkdən, üstlərinə acıqlanmaqdan da qorx-
urdu. Nədənsə özünü onların qarşısında günahkar bilirdi.
Hərdən lap özünü itirirdi. Durduğu yerdə xoflanırdı. Ona
elə gəlirdi, bu saat nəsə olacaq, analı-balalı onu yamanlay-
acaqlar, söyəcəklər, əllərinə keçəni üstünə qolaylayacaqlar.

Bu hiss, bu qorxu, vasvasılıq onda biletləri alandan son-
ra yaranmışdı. Birdən önündə işıq yanmışdı. Çoxdan
unutduğu bir işıq. Uşaqlıqda bütün dünya bu işığın için-
dəydi. Sonra get-gedə bu işıq öləziləyib itmişdi, unudul-
muşdu. Və indi qəfilcə peyda olmuşdu. Özünü də, həyət-
bacada ayaqyalın qaçışan uşaqlarını da, görən olmasın de-
yə qoyun-quzu üçün gecələr belində ot daşıyan arvadını
da bu işıqda görmüşdü.

Falçı demişdi, dörd bilet al. Nə beş, nə altı – dörd. Özü
də əlli qəpiklikdən. “Udacaqsan, a qardaş, Allah rast gətirsə,
mənim də nəmərimi verərsən”. O, fal deyilən şeyə inan-

140
   135   136   137   138   139   140   141   142   143   144   145