Page 145 - "Yolüstü söhbət"
P. 145
– Bağlama ağacın altındadı, səhər də yeyərsən, Noruzu
ertədən yollayacam.
O dillənmədi. Oturub altdan-yuxarı arvadının uzun qa-
raltısına baxırdı.
Dünya qəribə qurulmuşdu. Niyə axı bu qadın dinməz-
söyləməz özünü ona tapşırmışdı, ondan altı uşaq doğmuşdu,
indi də onun, uşaqlarının əziyyətini çəkirdi? Niyə? Elə ona
görəmi ki, arvadıydı, bunu eləmək borcuydu?!
İşıqla peyda olan qorxunun səbəbini birdən anladı.
Görən, indiyə kimi niyə bunu unamamışdı. Unamamışdı
ki, bəlkə bir qadının və əkdiyi altı uşağın qarşısında özünü
günahkar hiss etdiyi o işıqdan başqalarının da xəbəri var-
mış, bəlkə uzun, arıq qadın da milyon il əvvəl həmin işığın
içində üzürmüş, bəlkə bu qayışbaldır uşaqlar da indi o işı-
ğın içindəydi. Və bəlkə başları üstündəki səma, dağların
arasından görünən dumduru göy bu qadını da harasa
çağırırdı, ərini, altı uşağı, içib çayda “balıq tutan” qayınatasını
qoyub harasa qaçmaq istəyirdi?!
“… həyasıza bax, sən Allah, lap əkə-bikə arvadlar kimi
danışır”.
Qadını ömründə özünə bu qədər yaxın, bu qədər doğma
hiss eləməmişdi. Bədənində xoş bir gizilti harasa can atırmış
kimi titrəyirdi. Bu elə bil ömrü boyu özündən və qadından
gizlətdiyi ən əziz, ən təmiz bir şeydi, onu qadına indi də
verməsəydi, daha heç vaxt verə bilməyəcəkdi.
Qadını özünə tərəf çəkib arxası üstə yıxdı, amma gizilti
həmin andaca söndü, bircə öz yorğunluğunu hiss eldi, bə-
dənində yenə o titrəyişi duymaq üçün sifətini otun arasına
soxub gözlədi.
Meşə də nəyisə gözləyirmiş kimi susmuşdu…
Ayın üzünü örtməyə bir əlçim bulud da yox idi, bir göy
tənhalıqda qızara-qızara qalmışdı.
145