Page 144 - "Yolüstü söhbət"
P. 144
çıldada-marçıldada onu haylayırdı: “Ədə, dədən içib
orda, get köməy elə”.
Atası çayın içinə uzanıb başını qoymuşdu daşın üstünə,
yatırdı.
– Dur gedək, ay dədə.
– O yana dur, balıq tuturam.
– Dur, dur gedək!
Atası başını qaldırırdı, gözləri bic-bic qıyılırdı.
– Hara gedim, köpəyoğlu, sən de, hansının yanına ge-
dim?
Onun üçün daha fərqi yoxdu atası hansının yanına ge-
dəcəkdi. Daha anası da öyrəşmişdi buna.
– Hara kefin istəyir ora get, bircə burdan dur.
Görən, nə olardı, əgər atası Məcid kişi olmasaydı? Nə
dəyişərdi?
Bəs sabah bunu onun öz uşaqları düşünsəydi nə olacaqdı?
Hıqqana-hıqqana kürəyində ot daşıdığı yerdə ona baxıb
köks ötürsəydilər nə olacaqdı?
“Dörd bilet al, udacaqsan”. O da inanıb almışdı. Axı nə
dəyişəcəkdi? Nə idi bu ümid? On il, on beş il əvvəl olsaydı,
bəlkə də…
Kəndirlə sıxıb otu bağladı. Yaş otun ilıq qoxusu gəlirdi.
Bu qoxu ona ən tanış qoxuydu. Bəlkə də elə ana bətnində
ona hopmuşdu bu qoxu, bu qoxunun içində də böyümüşdü,
bütün dünyası bu qoxuya bələnmişdi. Ona görə bu qoxuyla
təkbətək qalanda ağlamaq istəyirdi. İlıq ot qoxuyan dünya
onu çəkib harasa aparırdı. O, bu vaxt özünü hiss eləmirdi,
bircə sonsuz rahatlıq, sonsuz qüssə duyurdu. Və bu qüssənin
niyə belə cəlbedici olduğunu anlaya bilmirdi.
Qadın əlini ayaqlarına çəkib ufuldadı, elə bil ayaqlarından
yorğunluğu sıxıb çıxarmaq istəyirdi.
144