Page 147 - "Yolüstü söhbət"
P. 147
TƏPƏGÖZ, QARIŞQA

VƏ UŞAQ

H eç yadına düşmədi. Anasının heç yadına düşmədi
Təpəgöz. Bilirdi ki, hamı onu öldürmək istəyir,
amma yadına düşmədi. Ayrılanda Təpəgöz anasının əlindən
öpdü, dedi: “Ana, siz məni dolandırammazsınız, mən ge-
dim öz başımı saxlayım”. Deyib getdi. Sonra heç görüşmə-
dilər.
– Ayağını düz tutsan... elə bil topaldı! Yekə kişisən, an-
caq ayaqqabını da mən geyindirirəm. Sən niyə belə fərsiz
oldun...
Görən, anası bildimi Təpəgözün öldüyünü? Bilsə, ağla-
yacaq. Uşaqları yox idi, bircə Təpəgözdü. O da öldü.
– Küçəyə çıxmırsan! Eşitdin?! Maşının biri gəlib, biri ge-
dir. Ciyəri yanmışlar da elə sürürlər, deyirsən, ilan ağzınnan
qurtarıblar, sən də həlləhuş, ayağının altına da baxmırsan.
Daha hər gün paltarını dəyişməkdən bezmişəm.
– Safuyə, bə anası biymədi Təpəgözün öldüyünü?
– Nə? Bildi, bildi, başına-gözünə döyüb ağladı, dedi, nər
kimi oğlum getdi əlimnən... Bir o yana qaç, qoy bir paltar
mərətimi geyinim. Əməllicə quyruqsan, hara gedirəm,
dalımca düşürsən. Ölsəm, canım qurtarardı əlinizdən.

147
   142   143   144   145   146   147   148   149   150   151   152