Page 143 - "Yolüstü söhbət"
P. 143
Arvadı qaranlıqdan qorxurmuş kimi, hündürdən
danışırdı. Otu yığana qədər bildi ki, lap balacanın bu gün
qarnı ağrıyıb, moruq bişirmək üçün dükandan iki kilo
şəkər alınıb, qaz lap az yanır, deyəsən, balon boşalıb,
ortancıl gedib çayda paltar-palazlı çimib, kişi şəhər
qızlarından utanırmış. Dursun Novruza bir dilim qarpız
veribmiş, uşaqlar qarpızın üstündə dalaşıblar, qız gör nə
deyir: “Ürəyim qısıldı”, qısıldı ha, həyasızı görürsənmi,
lap əkə-bikə arvadlar kimi danışır…

Çayın uğultusu dünyadakı bütün səsləri batırmışdı.
Dağ çayı ancaq gecələr axır – bunu uşaqlıqda kəşf eləmişdi.
Səhərsə kənd oyanırdı, kişilər atlı-atsız çayı keçib biçinə
gedirdilər, arvadlar qaynar asıb paltar yuyurdular, uşaqlar
soyuq suda çimişirdilər və bütün bu qayğılar çayın səsini
batırırdı. Və ancaq gecələr çay axmağa başlayırdı: uğulda-
yırdı, guruldayırdı, elə bil gecə səssizliyində nələrisə yatan-
ların yadına salmağa çalışırdı. Uşaq vaxtı başa düşdüyü,
ürəyini titrədən bu səs illər keçdikcə onun üçün də anlaşılmaz
oldu, işıq kimi illərin arxasında itib qaldı.

Atası Məcid kişi nə vaxtsa gətirib dibçəkdə limon əkmişdi,
tanış-bilişi də güldürmüşdü özünə, çünki dədə-babadan
bu yerlərdə limon bitmirdi, dibçəkdə əkməyin də xeyri
yoxdu. Gərək iş-gücünü buraxıb düşəsən bir dənə limonun
dalına, nazını çəkəsən. Hardandı o fərasət, o həvəs atasında.

Doğrudan da, limon böyüdü, yarpaqladı, amma bar
vermədi.

O vaxt fikirləşmişdi ki, hər ağacın öz torpağı olduğu
kimi, bəlkə hər adamın da öz torpağı var. Görən, nə olardı
o, bu kənddə böyüməsəydi, yaşamasaydı; gözünü Bakı
kimi, ya Paris kimi bir şəhərdə açsaydı?! Yenə həmişəki
adam olardı, yoxsa nəsə dəyişərdi?! Gülgəz arvad ağzını

143
   138   139   140   141   142   143   144   145   146   147   148