Page 142 - "Yolüstü söhbət"
P. 142
Qaranlıq, göyün xıltı kimi yerə çökürdü. Kolluqlar, çə-
mənlik artıq qaranlıqdan seçilmirdi. Bir topa mığmığa
işıqla qaranlıq arasında çırpınırdı.
– Mən də deyirəm, görən, hardasan. – Uzun, arıq qadın
başının üstə dayanmışdı. Bir əlində kəndir varıydı, bir əlin-
də bağlama. – Xeyli çalıbsan deyən. Sabah Noruzu yollu-
yummu?
Qadın elə qızlıqdan belə arıq idi. Sonra da kökəlmədi
ki, kökəlmədi. Damarı çıxmış ayaqlarına corab geyinmişdi.
– Yolla, – dedi, – bəs indi hanı?
– Bilmirəm. Demişdim, heç hara getməsin.
Dünəndən gizlicə ot biçmişdi. Arvadı gəlmişdi onu
apara.
– Bilmirsən, indi tək apararsan. Başlı-başına buraxmısan.
Ev bilmirlər, eşik bilmirlər, kino olsun bunlardan ötəri.
Qadın dillənmədi. Ərinin danışmasından, hirslənmə-
sindən heç vaxt darılmırdı, incimirdi. Bircə susmasından
qorxurdu.
Kəndin klubu yox idi. Yaydan-yaya dəyələrdə göstərmək
üçün rayondan hərdənbir kino gətirirdilər. Onda da uşaqları
evdə saxlamaq olmurdu. On beş gün qabaq özü də getmişdi.
Qonşusu Dursuna baxıb arvadı, uşaqları da yığıb aparmışdı.
Birinci səfər idi ki, beləcə hamılıqla gəzintiyə çıxırdı. Uşaqlar
sevindiklərindən oynaqlaşa-oynaqlaşa qabaqda gedirdilər;
hərdən nəyisə ona göstərirdilər, qışqırırdılar. Arvadı dalca
gəlirdi. O bilirdi, arvadı da gülümsəyir. Və o, bu sevincə
baxa bilmirdi. Nazlı körpə kimi özünü istədəcək bu sevincin
sabah qabağında dura bilməyəcəyindən, kif atıb ürəklərini
bulandıracağından qorxurdu.
Ay çıxmışdı. Amma gündüzün işığı hələ tamam çəkilib
getməmişdi. Qaranlıq düşdükcə hər şey cana gəlirdi; çayın
uğultusu get-gedə artırdı, ağacların xışıltısı, otların titrəyişi
eşidilirdi.
142