Page 138 - "Yolüstü söhbət"
P. 138
UDUŞ
A xşam-səhər soyuq olurdu. Günorta isə dağ-daş,
qırmızı kirəmitli evlər, yolların tozu hopmuş
ağaclar dağlar arasındakı boşluğu dolduran gün işığında
yazıq görünürdü. Adamlar günorta istisindən daldalanmağa
yer gəzirdi, onların öz istisi özlərinə bəs idi. Bircə çay
adamlara oxşayırdı, dağlar arasındakı boşluğu liməlim
dolduran gün işığından qaçıb qurtarmağa çalışırdı. Amma
hey axırdı, axırdı, kənddən çıxa bilmirdi.
Qollarını hiss eləmirdi. Biçdiyi otun daha səsini də eşit-
mirdi. Biçdiyi ot da deyildi, günün saçaqlarıydı, sarımtıl
gün saçaqları parıltılı-parıltılı yanıüstə düşüb qalırdı. Hər-
dən başını qaldıranda qıyılmış gözləri arasında günəş bir
damcı yaş kimi titrəyirdi, gözünü bircə dəfə qırpmağa bən-
diydi qopub düşsün.
Çay yüz addımlıqdaydı, ancaq burdan görünmürdü.
Suyu sopsoyuq idi, təmiz idi. Qızıl xallı balıqlar gözə gö-
rünmədən öz gümüşü dünyalarında sevişirdilər, kürü tö-
kürdülər, böyüyürdülər. Kəndin qurtaracağında şam ağac-
larının yanına dəyələr səpələnmişdi. Dəyələrin böyründə
maşınlar dayanmışdı, toyuq-cücə üçün bir parça yer
138