Page 133 - "Yolüstü söhbət"
P. 133
“Soruşmaz da, soruşmaz, neynir məni, öldüm, ya qaldım,
fikri-zikri başqa yerdədi...”
İşdə makinaçı qızı görəndə, arvadı gəlib dururdu gözünün
qabağında, özü makinaçını necə qucaqlamışdı, necə yıxıl-
mışdılar çarpayıya, kimsə eləcə arvadını qucaqlayırdı, tez-
tələsik paltarını soyundurub çarpayıya yıxırdı, arvad da
dünyanı unudub, o “kimsə”nin sinəsini öpürdü, öpürdü…
Bu səhnələri, arvadının sifətindəki ifadəyə kimi o qədər
aydın görürdü ki, durduğu yerdəcə az qalırdı ulasın.
Bir səfər işdən gəlib arvadını evdə görmədi. Gedib özü
uşağı baxçadan gətirdi. Yedizdirmək əvəzinə, heç nəyin
üstə iki dəfə şapalaqladı. Bir az keçmiş arvadı gəldi, özü
də kefi köküydü: “Baxçada, deyirlər, yoldaşın gəlib apardı,
hələ bir sataşdılar da, deyir, nə ciddi ərin var, bığlarından
hirs tökülür, o qədər gülmüşəm...” O isə arvadının zarafatına
fikir verməmişdi. Elə bil qaçmağa qoymamaq üçün qabağında
durub soruşmuşdu: “Hardaydın?”
Arvadı özünü itirmişdi: “İclasdaydım”.
“Hansı iclasda?” – bu dəfə kinayə ilə soruşmuşdu.
“Nətəri hansı iclasda? Adi iclasda.”
Gör necə qızarıb, bayaq da kefi köküydü, işləri yaxşı ge-
dir: “Sən iclasda gəzəcəksən, mən uşaq saxlayacağam?!”
Arvadı yenə təəccüblə baxmışdı ona.
Bayaqkı sevinc yara kimi üzündə qaysaqlamışdı: “İclasda
gəzmirlər”.
Buna bax, hələ səhvimi də düzəldir: “İşdən çıx!”
“İşdən çıxım? – arvadı bu sözü elə təəccüblə təkrar elə-
mişdi ki, bir an özü də dediyindən qorxub duruxmuşdu. –
İşdən çıxıb eləməyəcəyəm, beş il oxuyub diplom almışam,
indi evdə oturacam? Bir də mən səni başa düşmürəm, axır
vaxtlar sənə söz demək də olmur”.
133