Page 128 - "Yolüstü söhbət"
P. 128
ŞÜBHƏ
– Niyə belə oldu?
– İndi neyləsin?
– Nə vaxta kimi belə yaşayacaq?
Suallar çox idi. Hər sualın da beş cavabı varıydı, on ca-
vabı varıydı. Bir cavabda bənd alammırdı, gəzinirdi, sö-
yürdü, uzanırdı, söyürdü. Kimi? Heç özü də bilmirdi.
Yeddinci gün idi ki, yataqxanadaydı. Hələ də bir fikrə
gələmməmişdi. Nə eləsin? Qayıtsın? Nə üzlə! Burda qalsın?
Nə vaxtacan!
Hər şey əvvəl nə yaxşıydı! Ürəyi sakit, canı sakit. Yuxu-
dan dururdu yeməyi hazır, çayını içirdi, uşağın üzündən
öpürdü, yollanırdı işə. İşini görürdü, qayıdanbaş yolüstü
bazara dəyirdi.
Avtobusdan düşən kimi, uşaq yüyürürdü qabağına.
Şeytan bilirdi ki, nəsə alıb. Arvadı həmin saat mətbəxə
keçirdi. O da yuyunurdu, daranırdı. Arvadı Allah verəndən
gətirib qoyurdu süfrəyə, ağız şirinliyi ilə yeyirdilər. Sonra
bir az uşaqla oynayırdı, televizora baxırdı, kefi istəyəndə
kitab oxuyurdu. Hər şey yaxşı, rahat, gözəl!
128