Page 125 - "Yolüstü söhbət"
P. 125
– Mənə dər, mən istəyirəm.
Uşaq hirsindən ayağını yerə döyür.
– Denən, özümə istəyirəm da. Səhərdən başlayıbsan:
əncir ye, quruyubsan, qaxac olubsan. – Hirslənməkdən bir
iş çıxmayacağını görüb qılığına girir. – Qoy gedim da,
baba, uşaqlar məni gözləyir, gələndə dərərəm, yaxşı? Nə
desən eləyərəm.
– Yaltaqlanma.
– Yeməyəcəksən axı. Acıqnan eləyirsən ki, oynamağa
getməyim. Həmişə beləsən.
– Az danışdır məni. Get, dediyimi elə.
Əvvəl guya qab tapa bilmirdi, donquldana-donquldana
hər yeri bir-birinə vurdu. Donquldana-donquldana da
əncirə dırmaşdı. Budaq-budaq tanıdığı ağacıydı, ancaq az
keçmiş qab qarışıq gəldi yerə.
– Zorla adama iş gördürəndə belə olur da. Dedim, sonra
dərərəm. Yox, elə bu saat, bu saat. – Gah qolunu tuturdu,
gah üst-başına baxırdı.
– Nədi, tasa-pasan çıxdı?
– Qoyursan ki…
– Hoqqabazsan. Öz bildiyini eləmək üçün hər oyundan
çıxırsan. Mən sənnən də tərsəm. İndi ağzın var ordan tər-
pən. Əncir başına dəysin, dur elə orda, heç nə lazım deyil.
– Durmayacam.
– Mən sözümü dedim. Ağzın var, durma.
– Durmayacam.
– Bax da, bax.
Uşaq ayağını sürüyə-sürüyə durduğu yerdən aralanır.
Bir gözü də babasındadı ki, görsün nə eləyir. Çəliyin çat-
mayacağı məsafədən fırlanıb, götürülür çölə.
– Tfu, – hirsindən qaba bir təpik ilişdirir.

125
   120   121   122   123   124   125   126   127   128   129   130