Page 126 - "Yolüstü söhbət"
P. 126
“Böyüyü sayırmı ki, kiçiyi də saya”, – bunu bərkdən
deyir. Neyləyəsən, nə asılacaqları var ondan. Qazanmır,
gətirmir, götürmür. Belə olacaq da. İndi gedə maşının altı-
na düşə. Ya yıxılıb qolunu-qıçını sındıra. Görə böyük sözü-
nə baxmamaq necə olur. Gözündən gildir-gildir yaş tökə,
deyə qələt eləmişəm, qanmamışam, başa düşməmişəm.
Guya bunun pisliyini istəyirlər. Küçədi, yoldu, maşının
biri gəlir, biri gedir. Günün altı, asfalt. Nə ölürsən, otur hə-
yətində, kölgədə, dincəl. Oynamağın da təhəri var. Qoy in-
di canı çıxsın. Nə olsa, haqq olacaq. Ona nə, vaxtında sözü-
nü dedi. Bir şey olsa, heç vecinə də gəlməz, “uf” da deməz.

Çığırtısı hələ küçədən eşidilirdi. Elə bil ətini kəsirdilər.
Ancaq heç nə yoxuydu, heç nə olmamışdı. Gəlin darta-
darta gətirirdi. İntəhası, belə dartmağın, belə sürüyə-sürüyə
gətirməyin axırı döyülmək olasıydı.
Eləcə çəkib evə saldı, qapını da örtdü ki, qışqırığı
eşidilməsin. Di gəl, eşidilirdi.
Uşağın səsini eşitməmək üçün həyətdən uzaqlaşıb, bağın
başına getdi. Bir az orda dayandı. Sonra həyətə qayıtdı.
Uşağın hələ də qışqırtısı gəlirdi.
– Nə olub orda, o nə səsdi? – Gözlədi görsün, səs
kəsirmi. – Karsınızmı, siznən deyiləmmi, nə olub orda?
Uşaq evdən yel kimi çıxdı. Anasının dalınca gəlmədiyini
görüb, içini çəkə-çəkə pilləkənin ayağında dayandı.
– Elə bil faşistdilər. Belə də uşaq döyərlər. – Talvarın al-
tında oturub, ordan uşağa göz qoydu. – Bura gəl görüm.
Uşaq köntöy-köntöy baxdı, ancaq gəlib qarşısında
dayandı.
– Otur. – Uşağın bayaqkı hirsi-hikkəsi, şeşələnməsi, indi
isə içini çəkə-çəkə böyründə sıpıxıb oturması onun dodağını
qaçırtdı. – Bəs sözə baxmayanda belə olur da, adamı belə
döyürlər.

126
   121   122   123   124   125   126   127   128   129   130   131