Page 130 - "Yolüstü söhbət"
P. 130
Bunları şöbədəki qızlara danışırdı. O da gözaltı baxırdı,
elə bil Səlimin dediyini saf-çürük eləmək istəyirdi. Baxırdı,
baxırdı, ürəyində də söyürdü Səlimi: “Gör ağlına nə gəlir!?”

Amma, demə, Səlimin sözləri havaya getmirmiş. Demə,
o sözlər yığılırmış, içində qurtlayırmış, özünün də xəbəri
yox.

Yenə Səlimdən oldu. Makinaçı üçün zavoddan bir az
kafel çıxartmaq lazımıydı. Səlim onu verdi qabağa: “Maşın
mənim boynuma, Söyün də kömək eləyər aparmağa, eləmi
Söyün? Hə, gedər, gedər...” Makinaçı o saat gözünü dikmişdi
ona. Səlim də bir yandan əvəzinə danışırdı. Ha vurnuxdu,
ha döyükdü, mümkün olmadı. Getdilər. O, maşının üstündə,
makinaçı sürücünün yanında. Kafeli boşaltdı, yerləşdirdi.
Qız onu buraxmadı. Çay qoydu, çörək gətirdi, elə bil onu
sakitləşdirmək üçün də “ərim komandirovkaya gedib”, –
dedi.

Onda bildi ki, Səlimin sözləri içində qurtlayıbmış. Qurdlu
sözlər içində tərpənirdi, onu da tərpədirdi. Yedilər, içdilər,
daha bilmədi o qızı yola gətirdi, yoxsa qız onu. Amma hər
şey razılıqla oldu.

Evə qayıdanda key kimiydi, heç nə haqda fikirləşə bil-
mirdi. Səhərin tezcə gəlməyini arzulayırdı ki, makinaçını
bir də görsün, üzünə baxsın. Guya ki, hər şeyin cavabı onun
üzündə yazılmışdı, oxuyub narahatçılıqdan qurtaracaqdı.

Səhər işə qaçanda ağlına cürbəcür şeylər gəlirdi: gedib
görəcək ki, qız işə çıxmayıb, ya deyəcəklər ki, ərizə yazıb
işdən gedir, ya da...

Ancaq makinaçı işə çıxmışdı. Sakitcə öz makinasını taq-
qıldadırdı. Onu gördü, başını qaıdırıb salam verdi, yenə
başladı taqqıldatmağa. Günorta yenə də qızlarla laqqırtı
vurdu, şuxluq elədi, rahatca çörəyini yedi. İşdən çıxanda

130
   125   126   127   128   129   130   131   132   133   134   135