Page 135 - "Yolüstü söhbət"
P. 135
zlərini eşidirdi, ürəyi sıxılırdı. “Gör nə günə qaldım, Al-
lah”. Axır fikirləşdi ki, səhər evə getsin, mütləq getsin,
ağıllı-başlı danışsın onnan. Axı, niyə belə oldu? Niyə belə
olmalıydı?
Səhərisi işdən çıxıb evə gəldi, amma içəri girməyə ürək
eləməyib həyətdə gəzindi. Əl-ayağı əsirdi. Nə deyəcəkdi,
nə eləyəcəkdi, fikirləşə bilmirdi.
Arvadı mətbəxdəydi. Səs eşidib döndü, dərdli-dərdli
gülümsədi. Əlini işdən çəkib duruxdu.
Arvadının dərdli-dərdli durmağı onu kövrəltdi, dodağını
gəmirə-gəmirə gəlib yavaşca arxasında dayandı. Arvadı
birdən hönkürüb başını onun sinəsinə dayadı. Hönkürtüsü
kəsilmək bilmirdi. Elə hönkürə-hönkürə: “Hardaydın, –
deyirdi, – hara getmişdin?”
Onun da gözləri dolmuşdu. “Gör nə fikrə düşmüşdü,
arvadı heç ona xəyanət eləyərmi, heç elə iş görərmi?! Yox,
yox! Amma gör o, nələr elədi, nələr dedi.”
Arvadını sakitləşdirə-sakitləşdirə yalvarırdı: “Qurban
olum, bağışla, dərdin alım, bağışla. Mən heyvanam, itəm,
eşşəyəm, mənnən pis adam yoxdu, bağışla məni, qurban
olum, bağışla...”
Birdən ağlına gəldi ki, hər şeyi açıb arvadına danışsın, ki-
şi kimi danışsın. Arvadı onu başa düşər, günahından keçər.
Danışdı da. Amma heç bunu gözləmirdi, fikirləşirdi,
arvadı yenə ağlayar, sızlayar, axır sakitləşər.
Arvadı birdən səsini kəsib qışqırmışdı.
Birinci “rədd ol” sözünü eşitdi. Bu sözdən sonra arvadının
gözü lap iriləndi, elə bil dediyi sözün arxasınca baxırdı.
“Rədd ol, rədd ol! Mənə buna görəmi əziyyət verirdin?!
Buna görəmi işdən çıxarmaq istəyirdin, buna görəmi?!”
135