Page 137 - "Yolüstü söhbət"
P. 137
ıdanda gözünü açıb özünü evlərinin yanında görmüşdü,
amma hərdən tez ayılırdı, yarıyolda avtobusdan düşüb
marşrutu dəyişirdi. Daha dözülməz orasıydı ki, arvadı get-
gedə təsəvvüründə dəyişirdi, dəyişib yenə əvvəlki mehriban,
qayğıkeş, hər şübhədən uzaq qadın olurdu.
Bu qadın hardasa ondan ötrü darıxırdı, sızıldayırdı, ge-
cələr özü də bilmədən əlini böyründə gəzdirib onu axtarırdı,
tapmayıb için-için ağlayırdı. Hər gün də uşağı aldadırdı
ki, atan sabah gələcək.
Artıq yeddinci gündü yataqxanadaydı. Səlimə demişdi
ki, arvadı uşaqnan dədəsi evinə yollamışam. Deyəsən, Sə-
lim inanana oxşamırdı, amma yaxşı ki, inanmasa da, heç
nə soruşmurdu.
Günlərsə keçirdi. O, işə gedirdi, yataqxanaya qayıdırdı.
Gecələr arvadının onu çağıran əlləri neçə-neçə əllərin içində
görünməz olurdu. O, yolayrıcında dayanıb hey düşünürdü,
daşınırdı, avtobuslar dolub gedirdi, onun evinin yanından
keçirdi. Avtobusun qapıları şaqqıldadıqca arvadı əlindəki
işi qoyub tələsik eyvana çıxırdı. Bu baxışların altında yüzcə
addımı getməmək üçün o, həmin avtobusda olmurdu,
həmin dayanacaqda düşmürdü.
Yaxşı ki, hər şeyi təzədən düşünüb bir fikrə gəlmək
üçün gecələr var.
Amma neyləyəsən ki, gecə düşündüklərinə şübhə eləmək
üçün bu dünyanın səhərləri də vardı.
137