Page 141 - "Yolüstü söhbət"
P. 141
dı. Amma gedib almışdı. Və həmin işıq, milyon il
bundan qabaq içində üzdüyü həmin işıq birdən peyda
olmuşdu.

Nə udacaqdı? Bu haqda heç fikirləşmirdi də, bəlkə on
il, on beş il əvvəl onda belə bir ümid oyatsaydılar, nəsə dü-
şünərdi, gözünün qabağına nəsə gətirərdi. İndisə bu haqda
fikirləşə bilmirdi, amma inanırdı ki, nəsə olacaq, nəsə dəyi-
şəcək.

Elə o ilğımabənzər ümid deyildimi cavanları kənddən
qaçıran?! Bu kəndin başı üstündə öz səması varıydı, dağların
arasından görünən səma adamları harasa çağırırdı. Elə bi-
lirdilər hardasa bu səma daha genişdi, daha dərindi; gedir-
dilər, axtarırdılar, ancaq hər yerdə eyni səmanı görürdülər,
kimi qayıdırdı, kimi bezib orada da qalırdı, kimi yenə ax-
tarırdı. Nəyi axtarırdılar, nəyi? Kosmonavtlar dəlib-keçdilər
bu geniş, buludlu səmanı, gəzib-gəldilər ki, orda həyat
yoxdu.

Motor səsi eşidildi. Hər şey birdən öz içinə çəkildi; çay
şırıltısını kəsdi, biçilmiş ot qoxusunu itirdi, ağaclar nəmli
köklərilə torpaqdan daha möhkəm yapışdılar.

– Ayyə.., gedən varmı, yazıqsınız, gəlin aparım, gəlirsiniz?
Kimsə “gəlirik” dedi. Bir azdan yenə motor səsi eşidildi.
Səs get-gedə uzaqlaşıb itdi. Dağ-daş rahatca köks ötürdü,
ağaclar dikəlib itən səsin arxasınca boylandı. Sonra çay
döngəsində yük maşınının özü göründü. Maşının qulaqlarına
çatmayan səsini bu dəfə gözlərilə eşitdi. Batan günün
işığında kərəntilərin ağzı parıldayırdı.
Adamsızlıq, səssizlik ona xoş gəldi. Özünü qıvraq hiss
elədi. İşləmək üçün qalxıb kərəntini götürdü, amma bir
ağız çalan kimi həvəsdən düşdü, yenə kərəntini atıb ağacın
altına çəkildi.

141
   136   137   138   139   140   141   142   143   144   145   146