Page 146 - "Yolüstü söhbət"
P. 146
Vaxtı çatanda lotereya biletlərini axtarıb tapmadı. Gün
keçdikcə biletlərlə peyda olmuş o işıq da elə biletləri tapmaq
ümidilə öləziyib söndü. Və ancaq iki il sonra nəsə axtaranda
biletləri tapdı.
Qış idi. Hər yanı qar basmışdı. Kənd dünyadan əl-aya-
ğını üzüb, ayı kimi qış yuxusuna getmişdi. Uşaqlar Dursun-
gildə televizora baxırdılar. Arvadı çarpayıda oturub təzəlikcə
doğulmuş körpəni əmizdirirdi, o isə sönüb getmiş işığın
işartısını içində hiss eləyə-eləyə biletlərə baxırdı.
Bir ara fikirləşdi, yol-iz açılanda aparıb biletləri rayonda
yoxlatdırsın. Amma qorxdu ki, birdən udmuş olar. Vaxtı
keçmiş biletlərəsə udsa da, heç nə vermirlər.
Yaxınlaşıb pəncərəni açdı, biletləri xırda-xırda cırıb,
yağan qarın ayağı altına atdı.
146