Page 150 - "Yolüstü söhbət"
P. 150
əyirdi gedib anasına sığınsın, qolunu öpsün, sığallasın,
üzünə söykəsin.

– Niyə yemirsən? Bə ac döyüldün gəlib oranı niyə
kəsdirirdin? Mən də üzümə salıb buna yemək gətirmişəm
ki, uşaq birdən şişər. Nə mat-mat baxırsan?

– Safuyə, qoy qoyunu öpüm.
– Ətimi tökmə, sən Allah. Yaman da elə qolum var... Di
üzmə məni, yeyirsən, ya yox?
– Yemiyəm.
– Heç yemə. Onda suyunu soyuqluyum, çim əldən çıx.
Bir azdan dədən gələcək, qardaşın məktəbdən qayıdacaq...
Vur-çatdasını hələ qabaqdadı. Vay, vay, vay, belimi saldı
bu vedrə. Eh, ananızın bir sağ canı da yoxdu hərbə-zorba-
nıza dözsün... Dur ayaq üstə görüm, şalvarını çıxarım. Piş-
piş eliyirsən, get elə. Balkona çıxma, paltarsızsan, odu bax,
kuxnada vedrə var... Gəl di, tez ol. Bircə xəstələnməyin
çatışmır. İstiliyi yaxşıdırmı?
Yaxşıydı. Ancaq bədəni islanan kimi üşüdü. Əlini atıb
bərk-bərk anasının qolundan yapışdı.
– Üstümü batırdın, farağat dur. Onda çimizdirəmmərəm
axı səni...
Anası dalbadal başına iki-üç dolça su tökdü. Su gözünə,
ağzına dolub onu təntitdi.
– Gənə su tök, beyimə tök, beyimə.
– Darıxma, qoy başını sabınnayım... belə. Gözünü yum,
sabın düşməsin... Bax, dədən də gəldi. Görürsənmi, dədəsi,
nə qoçaq oğlun var, özü əl çəkmir ki, məni çimizdir.
– Bə ağzında oğul deyirsən, oğul da çimməkdən qorxar?!
– Dədəsi, nə olar, su tök oğlunun başına, tezcə sabınını
yuyum.
– Gərək o saat mənə iş tapasan da...

150
   145   146   147   148   149   150   151   152   153   154   155