Page 152 - "Yolüstü söhbət"
P. 152
– Gəl da... budu bax. Dədə, muskulunu şişirt, Nağı gör-
sün. İnanmır e, sənin hamıdan qüvvətdi olduğuna.

– Elə şey olmaz! Yalan deyirsən!
– Vallah, düz deyirəm.
– Yaxşı, bu saat görsədim inansın...
– Gördün ə, gör nə şişdi.
– Dostun qaçdı ki...
– Sənnən qorxdu da... Yaman şişirtdin ha. Birdən partdıyar
e, dədə. Partdamaz?
– Partdasa, başında partdıyar. Bir başını bura gətir gö-
rüm...
Pəncərənin önündən çoxlu-çoxlu adam gəlib keçirdi.
Qabaqdakılar çiyinlərinə alıb nəsə aparırdılar – üstünə
qara çadra tutmuşdular.
– Safuyə, bunnay nə apayıy?
– Çəkil ordan, çəkil. Hər şeyə baxmazlar. Təpəgözü
aparırlar da, aparırlar basdırmağa.
– Təpəgözü?
– Hə, hə.
İndi yəqin hamı sevinir Təpəgözün öldüyünə. İstəyirdilər
ölsün – öldü. Bəs sonra nəyə sevinəcəklər?..
Anası əlindən yapışıb onunla həyətə düşdü. Cığırı tutub
bağa getdilər. Gilənarın ağ çiçəkləri torpağa tökülmüşdü.
Başlarının, yaşıl otların üstündən qanadları zərli bir kəpənək
uçub çəpərə qondu.
– Gəzməyə çıxıbsınız deyən, ay Safurə?
Kəpənək qonşudakı arvadı görüb uçdu. Dövrə vurub
yenə qayıtdı, elə bil hara qonacağını bilmirdi – öz kölgəsinin
arxasınca düşmüşdü.
– Boy, sənsənmi, az... Çoxdandı görünmürsən.

152
   147   148   149   150   151   152   153   154   155   156   157