Page 153 - "Yolüstü söhbət"
P. 153
– Hal varmı ki, görünəm. – Qonşudakı arvad əlini iri
qarnının üstünə qoyub yorğun-yorğun gülümsədi.

– Vaxtı çatıb deyəsən?
– Hə. Özümü gəzdirə bilmirəm. Elə də yuxucul olmuşam
ki, lap ayaq üstündə yatıram.
– Yat da, qoy bir az da qaynanan işləsin.
– Sən də bəxtəvərlikdən dəm vurursan.
– Qorxma, inşallah, yaxşı olar.
– Görək da... Nə göyçək uşaqdı bu. Balacandı?
– Hə.
– Daha uşaq istəmirsən?
– Yox əşi, neynirəm daha uşağı, ikisi bəsimdi.
– Mənimki ağzını açanda altı-yeddi deyir.
– Nə vecinə... Mənciyəz istəmirəm.
O, heyrətlə, qorxuyla anasına baxırdı: görən, doğrudanmı,
hər şey anasından asılıdı? Doğrudanmı anası istəməsəymiş,
o, bu tumurcuqlu ağacları, yaşıl otları, kəpənəyi görməyə-
cəkmiş? Bəs onda o, harda olacaqdı?
Uşaq nəyisə başa düşməyə çalışır, ancaq bacarmır. Qorxu
dünyanı gözəlləşdirib. O, ürkək-ürkək ətrafına baxır. Baxır,
baxır və eşitdiyinə inana bilmir. Uşaq ömründə ilk dəfə
tənhalığı hiss eləyir.

153
   148   149   150   151   152   153   154   155   156   157   158