Page 158 - "Yolüstü söhbət"
P. 158
Bayırı görmək üçün gərək üzünü şüşəyə lap yaxınlaş-
dıraydın, yoxsa bayır yox, içərinin şüşədə əksi görünürdü.
Küçə kimsəsizdi. Və nədənsə, həmişə keçib getdiyi, daş-
divarına bələd olduğu bu yer qaranlıqda ona yad gəldi.
Özünü kimlərinsə tufandan başını götürüb qaçdığı gəmidə
hiss elədi. Bilmirlər hara gedirlər, niyə gedirlər – təki
canlarını qurtarsınlar. Bütün bunlar nədən ötrüdü axı? – o,
qüssə ilə düşündü. – Hamı elə bilir son var; kimi qorxur,
kimi özünə təsəlli verir. Ancaq ən pisi odu ki, son yoxdu.
Qarşıdakı binanın girəcəyinə vurulmuş fənər vur-tut öz
altını işıqlandırmışdı. Və elə bil sulu qar dünyada heç hara
yox, bircə bu işığa yağırdı.