Page 163 - "Yolüstü söhbət"
P. 163
Qoy o adamlar qorxsun eşşəklik eləməyə ki, onu eşşək
saymırlar. Eşşəyin daha nə qorxusu. Bəs onda qapını
bağlayıb sizi çöldə qoyanda, niyə burnunuzu sallayırsınız?
Axşamlar işığı keçirib ayağınızı mətbəxdən kəsəndə, niyə
cin atına minirsiniz? Ancaq üzə vurmursunuz, özünüzü
saxlayırsınız, qırıla-qırıla qalırsınız. Çünki qorxursunuz
üzə vurmağa. Qorxursunuz, bu indiyə qədər eşşək saydığınız
filan-bəsməkan birdən eşşək yox, adam olar. Adam kimi
onun da tək gözü, qulağı yox, ürəyi də olar, nədənsə inciyə
bilər, biz bir söz deyəndə, o durub beşini deyər. Deməyə
də ki, söz çox. Onda da daha gərək bir evdə nəfəs almayaq.
Bunu az-çox başa düşürsünüz. Ona görə də susmuşuq,
susaq. Necə ki, elə birinci dəfədən tutmadım yalanınızı:
gəlib mənlə tanış olurlar. Ağılları özlərinə gedib, üç ildə üç
min üz görüblər, üç min oyundan çıxıblar, daha demirlər,
bu adamın üç ildə qapısını açan sizsiniz. Bəlkə özlərinin
də yadından çıxıb, nə danışdıqları, nə elədikləri. Ancaq
mənim yadımdadı axı. Hamısı yadımdadı. Lap bu saat bir-
bir danışım, geyindiyiniz paltarların rəngindən tutmuş,
hərəkətlərinizə kimi. Neçə uşağınız var, onu da deyim,
uşaqların adını da, bu yollarda niyə sərgərdan qaldığınızı
da. Bilirdim bunların hamısı yalandı, ər-arvad olmadığınızı
da bilirdim, ancaq yadımdadı. Axı sizdən başqa kimi
görmüşəm, kimi eşitmişəm bu üç ildə?! And içsəm ki, sizi
qapıda görəndə sevindim, inanmazlar. Amma sevindim.
Vallah, billah, sevindim. Nə olsun arada yüz cür şey olub,
bu evin qapısını yalanla açıbsınız. Mənim ürəyim yoxdumu,
başa düşmürəmmi, dünyadı, həyatdı, hər şey olur. Gül ki-
mi uşaqlarsınız, adam baxır həvəsi gəlir, indi taledi yaşa-
yırsınız. Biz də yaşamışıq, görmüşük, hər şey olur, olur.
Mən heç yalanınızdan da incimirəm, təzədən gəlib tanış
163