Page 167 - "Yolüstü söhbət"
P. 167
rüşmək arzusu onunçün ümidsizlik qədər dözülməz
oldu. Hər keçən gün onun inamından gedirdi, inamsızlıq
itirilmiş anın qüssəsini gətirirdi, qüssə gün-gündən qana
hopurdu, hətta bu qüssə ilə oynamaq, bu qüssə ilə əylənmək
bəzən ona xoş gəlirdi. Artıq unudulduğuna inandıqdan
sonra özünü, keçənləri, keçənləri hamının unutmadığını
xatırlatmaq üçün məktub yazmaq fikrinə düşdü. Məktubun
ələ keçəcəyi ehtimalı da onu saxlamadı. O, sözünü deməliydi,
qadına çatdırmalıydı ki, onu unutmayıblar, onu düşünən
var. Hardan bilmək olardı, bəlkə də təklik qorxusundan
qurtarmaq qadına indi üç il əvvəlkindən daha çox lazımıydı.
O, təhqir olunmuş, ancaq təhqir olunduğu anda cavabını
verib mənliyini qoruya bilməmiş adam kimi əzab çəkirdi:
an itirilmişdi, fürsətsə daha ələ düşmürdü. Çarə gözləməyə
yox, özünün hərəkət eləməyinə qalmışdı. Necə olursa-
olsun, həmin anı təzədən yaratmalıydı, ürəyini boşaldıb
rahatlamalıydı. Qatar öz yükünü götürüb gələndə, qadının
çöhrəsi pəncərədən görünəndə, o, üç il gecikmiş hisslə ya-
ğışdan islanmış perronda dayanmışdı. Gecikmiş hiss yaz
yağışı kimi içini yumuşdu, o, daha üç il əvvəlki adam de-
yildi, onun təbəssümlə pəncərədən baxan qadından,
öpüşlərdən, ancaq ikisinin başa düşəcəyi, nələrisə yada
salacaq duzlu işarələrdən, deyilmiş, deyilməmiş sözlərdən
xəbəri yoxdu. İlk dəfə bu qadını gördüyündən, ilk dəfə bu
qadınla görüşə çıxdığından o, hətta azca həyəcanlanmışdı
da. Elə ona görə ilk andan qadının bəzi hərəkətlərini, bəzi
sözlərini yozmağa çətinlik çəkdi, bunu soyuqluq adlandıra
bilmədi. Ancaq bəlkə də sezmişdi ki, öz hisslərindən da-
nışmağa tələsdi. Üç il əvvəl onu başa düşmədiyini, ona
qarşı biganə olduğunu, sonralarsa onu necə gözlədiyini,
necə arzuladığını elə həmin günün axşamı yerli-yataqlı

167
   162   163   164   165   166   167   168   169   170   171   172