Page 171 - "Yolüstü söhbət"
P. 171
ının xoşuna gəlməsə də, hansı gözəl günsə: tənhalıq
qorxusuna bürünüb darıxandamı, kişi sərtliyi üçün qəribsə-
yəndəmi yadına düşəcəkdi, ona ərdə olduğu vaxtları xatırla-
dacaqdı. Qəfil qapısını döyən bu xoş, qüssəli hissin tər-
təzəliyi onu təəccübləndirəndə həmin bu ev, bu otaq, bu
otaqla bağlı xatirələr yenə öz sirli örtüyünə bürünmüş ola-
caqdı, dərib çardaqdan asdığımız bar kimi şirinləşmiş ola-
caqdı. Nə bilmək olardı, bir də gördün həmin hiss bir ağ
yol olub düşdü qadının qabağına və hər şey təzədən başladı.

Arzuladığı görüş nə vaxtsa olacaqdımı, olmayacaqdımı,
basdırdığı ting nə vaxtsa bar verəcəkdimi, verməyəcəkdimi
– bunu hələ bilmək olmazdı. İndi ancaq qadını ötürmək
qalırdı, elə ötürmək ki, nə vaxtsa dönsə bu evin işığını
min-min evin işığından seçə bilsin. Qadını ötürməyə vur-
tut iki gün qalırdı.

***

İki gündən sonra evdəyəm. Bircə vaxt tez gələ, çıxıb
gedəm burdan. Hər səhər oyananda elə bilirəm, durub
görəcəm qoca ölüb. Elə qorxuram! Bu da guya başqa bir
yer tapmırdı qalmağa, nə vaxtdı Bakıdadı, lazım olanda əli
bir yana çatmır. Nahaq, lap nahaq, gərək deyəydim, məcbur
eləyəydim başqa ev tutaydı. Daha onsuz da az qalıb – ikicə
gün. Bircə mən gedənə kimi ölməyə. İndi də ölməsə, uzağı
bir həftəyə ölər. Hiss eləyirəm, ürəyimə damıb. Xalam
öləndə də ürəyimə dammışdı. Yazıq arvad durduğu yerdəcə
keçindi. Pilləkəndə oturub özünü günə verirdi. Mən də
mətbəxdə yemək hazırlayırdım. Yeməyi çəkib apardım
otağa. Çörəyi doğrayıram, deyirəm, indi gələcək. Gördüm
gəlmir, səslədim. Bir, iki, axır çıxdım eşiyə. Gözləri yumulu,

171
   166   167   168   169   170   171   172   173   174   175   176