Page 169 - "Yolüstü söhbət"
P. 169
ərdi. Çünki daha hisslər cılızlaşmışdı, hisslər əvvəlki
yüksəkliyindən enmişdi, harda ki həmin yüksəklikdə
nifrətdən bir az da sevgi qoxuyurdu. İndi o, uzağı-uzağı,
qadını özündən bezdirə bilərdi, burnumuzun ucunda
vızıldayan, yeməyimizin üstünə qonan milçəkdən bezdiyimiz
kimi. Bir-iki gündən sonra elə bu cür də oldu. Amma
“özünü təmizə çıxarma mərasimi”nin qadını bezdirdiyini
hiss eləməmişdən qabaq bu söhbətlər daha özünün də
zəhləsini tökmüşdü. Danışmağa söz qalmayanda o, birdən-
birə süstləşdi, barışmaq istəmədiyi bu soyuqluq ona çox
təbii göründü, hətta qadının hərəkətlərini soyuqluq
adlandırmağa da dili gəlmədi. Bəlkə qadın üç il əvvəl də
elə indiki kimi olmuşdu: bir az kobud, bir az diqqətsiz.
Sadəcə, iş beləydi ki, üç il əvvəl heç nəyə fikir vermirdi, qa-
dından heç nə tələb eləmirdi, heç nə istəmirdi, elə bil
gözləmədiyin adam birdən sənə pay yollayıb, duyduğun
sevinc o qədər çox olur ki, payın yaxşılığını, pisliyini
kölgədə qoyur. Amma indi onu oynadan, rahat qoymayan,
pay uman adamın xırdaçılığı idi, bu cılız adam o saat
axtarıb payın qiymətinə baxırdı, görüm mənə layiqdi, ya
yox. Demə, üç il gecikmiş hisslə qatarın qabağına çıxanda
gecikmiş hiss onu təzələməyibmiş, keçmiş keçmişliyində
qalırmış, baxışlar, öpüşlər, deyilmiş və deyilməmiş sözlər
onunla bir yerdə yağışın azca islatdığı perronda dayanıbmış.
Amma indi keçmişi saf-çürük eləmişdilər, yaddaşın bir
küncündə sirli-sirli uyuyan anların sirli örtüyünü çəkib
atmışdılar. Bu anlar rəngbərəng işıqlı lövhəyə oxşayırdı.
Nə qədər işıqlı nöqtələrə toxunmaq istəyi olsa da, gərək
özünü saxlayasan, çünki hər nöqtəyə əl vurduqca o saat
sönürdü. Onlarsa özlərini saxlayammamışdılar və keçmiş
adlı lövhəcik öz rəngbərəng geyimini itirmişdi. Daha onların
169