Page 168 - "Yolüstü söhbət"
P. 168
ına söylədi. Və heç ağlına da gəlmədi ki, üç il əvvəl
saxtalıq etdiyini gizlətmədiyindən, indi dediklərinə də
qadın inanmaya bilər.

Qadının gələcəyini biləndə yaxşı bir yer-yurd tapmağa
nə qədər çalışsa da, yenə üç il əvvəlki üfunətli, çirkli evdə
qalmaq məcburiyyəti qanını qaraltmışdı. Onu bu evdən
qaçıran təkcə otağın çirkli olması deyildi, həm də üç il əv-
vəl burda qoyub getdiyi hissiz, duyğusuz adamdan –
özündən uzaq olmaq istəyi idi. O, təzədən doğulmuşdu və
hər şeyi təzədən başlamalıydı, heç nə keçmişi xatırlatma-
malıydı. Ancaq bir-iki gün sonra, qadının soyuqluğuna
inananda bu evə düşdüyünə sevindi. İllərin dəyişdirmədiyi
otaq indi nələrisə oyada bilərdi. Sınıq-salxaq divan, taxta
çarpayı, divarın cırıq, ləkəli oboyunu az da olsa örtən Ay-
vazovskinin “Doqquzuncu val”ı üç il əvvəlki qadını, üç il
əvvəlki qadının ehtiraslarını, ona istisi gec çatan odu-alovu,
qırpım-qırpım da olsa, qaytara bilərdi. Otağın dilindən da-
nışıb olub keçənləri, ayrı-ayrı cizgiləri xatırlatmaq istəmirdi.
Çünki həmin cizgilər üç il əvvəlki qadının dəliliyindən
qabaq, üç il əvvəlki kişinin bir neçə gün əvvəl etiraf etdiyi
saxtalığını yada salardı. Onda həmin adamın da nifrət payı
ona çatacaqdı. Buna görə də susub gözləmək lazımıydı.

Amma gözləməyi bacarmadı. Qadına əvvəl ona qarşı
belə soyuq olmadığını, dəyişdiyini deyəndə, qadının hey-
rətləndiyini görüb o saat başa düşdü ki, yenə tələsib, səhv
eləyib, özü dilə gətirdiyi şübhəsiylə hissləri çılpaqlaşdırıb,
eyni yola gətirən yol birbaşa keçilib, daha qadın nə qədər
onun şübhəsini dağıtmağa çalışsa da, xeyri yoxdu, o, heç
vaxt qadına inana bilməyəcək. Söhbət açıldığından, qadının
nifrəti daha onu qorxutmurdu, oyun artıq öz sirrini itirmişdi,
artıq o, qadında nifrət oyada bilməyəcəyinə hətta heyifsilənə

168
   163   164   165   166   167   168   169   170   171   172   173