Page 165 - "Yolüstü söhbət"
P. 165
– Yox, sağ olun.
– Onda hələlik, biz çıxdıq, qapını bağlayın.
“Qızın əynində o vaxt da elə bu göy palto idi”.
– İndi duraram.
Qapını örtdülər.
***
Son bir-iki gündü qapını arxasınca çəkəndə şükür eləyirdi
ki, daha bu evlə birdəfəlik qurtarmağa az qalıb. Bu sevincdə
hətta bir az uşaq sadəlövhlüyü də vardı, guya illərlə bu ev-
də qalmışdı, illərlə bu evdən qurtarmağı arzulamışdı, lap
ümidini üzəndə birdən gəlib demişdilər ki, gedə bilərsən.
Ancaq sevinc heç də burda keçirdiyi günlərə peşman
olduğunu göstərmirdi. O, sadəcə, yerini dəyişmək istəyirdi;
elə bil bir tərəfində çox yatmaqdan bezib çevrilirsən başqa
tərəfə, özü də bilmirsən başqa tərəfdə rahat olacaq, ya yox.
Bunu indi də bilmirdi, amma çox istəyirdi bilsin, hisslərin
hörümçək torundan çıxsın, hər sözü, hər baxışı, hər anı
saf-şürük eləsin, onu düşündürən, ağrıdan duyğuların
həqiqi qiymətini versin. Beş-on gün əvvəl həmin dəqiqəni
belə səbirsizliklə gözləyəcəyi heç ağlına da gəlməzdi. Üç il
əvvəl qadın onun həyatına taybatay açılmış pənçərədən
dolan yaz havası kimi hiss olunmadan girmişdi. Bir də
özünə gələndə, ürəyinə sərinlik gətirən bu sirrin, bu gözəl-
liyin nə olduğunu bilmək istəyəndə, otaqda yasəmən qoxu-
sundan savayı heç nə qalmamışdı. Qadın necə gəlmişdi,
necə getmişdi? İşini-gücünü, uşağını atıb yol basa-basa
yanına niyə gəlmişdi, qadını buna nə vadar eləmişdi? Bu
suallara yasəmən qoxusu ilə təkbətək qalanda cavab axtar-
mışdı. Ancaq bilirdi ki, çağırılmamış qonağı üçün bacardığını
165