Page 161 - "Yolüstü söhbət"
P. 161
ŞƏBƏKƏ

Z əng elədi, deyir, dostumun arvadı gəlib rayondan,
uzağı beş-altı günə lazımdı. Danışığından görürəm,
yenə quyruqları qapı arasındadı, bir az bərkini tutsam,
yalvaracaq. Dedim, nə olar, gəlsinlər. Mənə nə, mənim
günə üç manatımı versinlər, Allah var bir il qalsınlar. Lap
yaxşı. Gəldilər. Gördüm onlardı. Elə ürəyimə dammışdı
onlar olacaq. İstədim əl verəm, keflərini soruşam. Bu durub
tanış eləyir. Onlar da hələ əllərini uzadır, adlarını söyləyir.
Daha üstünü vurmadım. Mən də adımı söylədim, subay
olduğumu da dedim, təqaüdə çıxdığımı da unutmadım.
Hələ çox şey danışacaqdım, özümü saxladım. Kişilər axı
tanış olmaq istəyirlər, qoy yaxşı tanısınlar, bilsinlər hara
gəliblər, birdən yenə yadlarından çıxar.
Görəndə ki, hər şey öz istədikləri kimi gedir, ürəkləndilər.
Qız paltosunu çıxarıb əyləşdi. Oğlan da qalxdı ki, evə bax-
maq istəyirəm. Əlbəttə, baxmaq lazımdı. Birinci dəfə gəl-
diyin yerə gərək baxasan, tanış olasan, qapı-bacanın yönünü
biləsən. Bir gün deyil ha, beş-on gün burdasan, hər gün
məndən bir şeyin yerini soruşmayacaqsan ki?! Amma heç
nə dəyişməyib, baxmamaq da olar. Bilirəm, başa düşürəm,

161
   156   157   158   159   160   161   162   163   164   165   166