Page 162 - "Yolüstü söhbət"
P. 162
masan olmaz, axı birinci dəfədi gəlirsən. Görürsən, hər
şey yerindədi, tualet də, asılqan da, bax, zibil qabı da yenə
burdadı, vannam da həmişəki kimi çirklidi, özgə nə lazımdı
sənə? Hə, çarpayını da o saat görübsən, bilirsən iridi, hələ
möhkəmliyini də yoxlayıbsan, lap üç nəfəri saxlayır. Amma
onu göstərmərəm, çünki utanarsan birdən, elə bilərsən
nəyəsə işarə vururam.
Qabağa dostu düşüb, gəzə-gəzə onu başa salır, arada
da məni tərifləyir. Demə, mən çox yaxşı adammışam, onun-
la bu evdə çox mehriban yaşamışıq, lap can deyib, can eşit-
mişik, ev almasa, heç çıxmayacaqmış burdan. O danışır,
mən də sözünə qüvvət verirəm. Qoy danışsın, məndən
pul-zad ha istəmir, yerini isti salır, qoy salsın. Guya tərif-
lənəndə adam pis olmağı bacarmır? Bir də kim pis olub
axı? Nə vaxt mən pislik elədim? Kirayə pulunu vaxtında
niyə vermirsən ki, mən də pis oluram. Qoca adamam, işlə-
mirəm, qazancım yox, bir təqaüddü, bir də kirayə. Yaxşı,
acından ölüm, gedim qonşudan borc alım? Deməyəndə
ürəyin partlayır, deyəndə olursan yaman. Bir belə, iki belə,
axır, şələ-küləsini yığışdırdı.
Sonra mətbəxə girdilər. Oğlan görəndə taxtım burdadı,
özü də bilir burda yatıram, yenə soruşdu: “Siz burda
yatırsınız?.. Burda olursuz?..” Axırıncı sözləri burnunun al-
tında mızıldadı. Başa düşür, “burda olursuz”un yeri deyil,
belə söz uzunqulağa çatmaz. Bilir, ancaq yenə də deyir, de-
mək, məni eşşək yerinə qoyur, demək, mənim nə düşünəcə-
yim, hirslənib-hirslənməyəcəyim onun vecinə deyil, təki bir-
cə mənə çatdıra bilsin ki, ay belə, filan-bəsməkan, bax, mən
səni eşşək yerinə qoyuram, bax mən heç qorxmuram da
biləsən ki, səni eşşək yerinə qoyuram. Mənə bircə o lazımdı:
nəsən, nə deyilsən, bizim otaqla işin olmasın.
162