Page 164 - "Yolüstü söhbət"
P. 164
ağınızdan da, bunlar xırda şeydi, düzdü, ürəyimə
salıram, di gəl, fikirləşəndə sizi qınamıram. Təzədən tanış
olmaq daha yaxşıdı, üç il əvvəlin yalanları haradan yadınızda
qalsın, bir də gərək üç ilin tanışı daha yaxın, daha mehriban
olaydı. Sizə ancaq yaxınlıq lazım deyil, qaçıb gəlibsiz bu
evə, bu otağa, istəmirsiz sizi narahat eləsinlər. Bunlar
belədi, belə olmalıdı, amma bu cür yox. Nəsə başqa cür,
başqa cür. Bir şey fikirləşmək lazımıydı. Bu cür yox...
Özləriynən qab-qacaq gətiriblər, stəkan-nəlbəki gətiriblər,
mələfəni də yaddan çıxarmayıblar. Çalışırlar nəzakətli ol-
sunlar, deyirlər, qorxduq birdən səndə artığı olmaz.
Qanacağınıza görə sağ olun, çox sağ olun, heç olmasa,
hərdən-hərdən bəhanə axtarıb tapırsınız. Bircə çaynikləri
yoxdu, məcburdular mənim çaynikimlə keçinsinlər. Onu
da ağız-burunlarını əyişdirə-əyişdirə neçə dəfə yaxalayırlar.
Kişilər mənimçün təmizkar çıxıblar. Acıqla indi heç nəyə
əlimi vurmuram, hələ lap zibilləyəcəm, qoy canları çıxsın.
Elə bilirlər mən istəmirəm təmizlik olsun? Nədi, yoxsa
xoşlamıram ağappaq, nişastalı mələfədə yatım?! İstəmirəm
qab-qacağım gül kimi olsun?! İstəmirəm döşəmə par-par
parıldasın?! İstəyirəm axı, istəyirəm?! Elə deyilsə, çirklidisə,
demək bacarmıram! Bacarmıram! Nə olub, heç ağlınıza
gəlmir bu? Yəni adamlar bir-birini belə şeytan gözündə
görür? Bunu düşünsəniz nə olar, hə? Fikirləşsəniz ki, qoca
adamdı, yəqin bacarmır, əl-ayağı işə-gücə yatmır. Yaxşılıqnan
pisi də yaxşı eləmək olar.
– Biz gedirik.
“Görürəm gedirsiniz “.
– Hə? Yaxşı yol.
– Sizə bir şey lazımdı, gələndə alaq?
“Özgə vaxt heş soruşmazdılar “.
164