Page 157 - "Yolüstü söhbət"
P. 157
ətini xatırlayammır. Heyif, tanış deyildi onunla. Həmişə
eşidəndə ki, kimsə özünü öldürüb, peşmançılıq hissi keçirir,
həmin adamla yaxın olmadığına heyifsilənir. Ona elə gəlir
ki, belə adamlar heç kimin bilmədiyi nəyisə bilirmiş.
Görən, heç olmasa, külək kəsmişdimi? Durmağa ərindi,
ayağını ayağının üstünə aşırıb yerini lap rahatladı. Qəribəydi
– öz ölümü haqda heç vaxt qorxu ilə fikirləşməyib. Yəqin,
ölüm hələ ondan çox uzaqdı. Ancaq bir dəfə ölümü hiss
eləyib. Qürub çağı eyvanda durub çiçəkləmiş ağaclara ba-
xırdı. Birdən elə qayğısızlıq, xoşbəxtlik hiss elədi ki, həmin
an özünü eyvandan atmaq istədi. Həmin an hamını dəhşətə
gətirən, təsəvvüründə yaradıb qorxduğu ölüm yoxdu, ölüm
– onun arzuladığı, susadığı ən gözəl şeydi. İndi də hərdən
inanmağı gəlir ki, ölüm – xoşbəxtliyə yaxın bir şeydi.
Başına dovşan dərisindən qulaqlı papaq qoymuş qoca
bir kişi böyründə oturmuş qadına, bayaqdan Düzyurda
zəng vura bilmədiyindən şikayətlənirdi. Demə, rayondan
bu gün tələbə oğluna dəyməyə gəlibmiş. Gəlib ki, oğlu
xəstəxanadadı. O da Bakıda heç kimi, heç haranı tanımır.
Ona görə istəyir rayona zəng vursun ki, qohum-əqrəbadan
bir əlli-ayaqlısı özünü yetirsin.
O, qəfilcə özünə baxdı. Oturuşunda, duruşunda qocanı,
qocanın danışdıqlarını təhqir eləyən nəsə vardı. Ayağını
ayağının üstündən götürüb durdu. Yenə pəncərəyə sarı
getdi. Hamı bir-birinə necə də oxşayır. Ancaq hamı da fi-
kirləşir ki, o, təkdi, bircə dənədi.
Bəlkə gedəndə qocanı götürüb öz evinə aparsın? Aparıb
qulluğunda dursun, təsəlli versin, desin, fikir eləmə, mən
də sənin oğlun. Sabah da qaçıb işdən icazə alar, qocanı
götürüb xəstəxanaya aparar, həkimlə danışar, xəstəyə nə
lazımsa tapar. Belə eləmək, doğrudan da, yaxşı olar. Di
gəl, o, belə eləməyəcək. Hə, eləməyəcək.
157