Page 156 - "Yolüstü söhbət"
P. 156
layır, ona yazıqları gəlir. Görən, bu adamlar bir-birilərinin
üzünə necə baxırlar? Axı, o öz əcəlilə ölməyib – özünü öl-
dürüb. Demək, onların içində eləsi olmayıb ki, bu fikrə
düşəndə, onu yadına salıb əlini saxlayaymış.
Bəlkə heç bu gün hava düzəlmədi, elə burdamı qalacaq?
Gedib teleqram blankları qoyulmuş stolun yanındakı boş
stulda oturdu. Stolun altında sarı zibilqabı vardı, qalaqlanmış
kağız-kuğuzla ağzınacan dolmuşdu. Blankın birini də
qabağına sürüşdürüb o qaraladı, ağzına gələni yazdı, pozdu,
sonra ovcunda yaxşı-yaxşı əzib zibilqabına atdı.
Kabinələrin şüşəsinə qırmızı rənglə şəhərlərin kodu ya-
zılmışdı. Kiyev, Rostov... Şəki, Xaçmaz... – bu şəhərlərdə,
deyəsən, onun zəng vura biləcəyi heç kim yoxdu. Gərək
ki, olmasın. Nahaq qeyd kitabçasını özü ilə gəzdirmir.
İndi, yəqin, bir telefon nömrəsisə tapardı.
Bayaqkı çətirli qadın əlində teleqram blankı, arakəsməyə
söykənib növbə gözləyirdi. İçəridəki vurnuxmaya, bayırdakı
havaya uyuşmayan qəribə bir sakitlik, işıq varıydı üzündə.
Pəncərədən baxa-baxa hərdən nəyəsə dalğın-dalğın gülüm-
səyirdi, onda balaca, yumşaq dodaqları azca dartılırdı, ya-
nağı çökəlirdi. Arada nə qədər özünü saxlamağa çalışsa
da, əsnədi. Heç kim görməsin deyə, başını plaşın yaxasına
tərəf əydi: gözləri qıyılıb itdi, sifəti bürüşdü, kirpiklərinin
dibi islandı. Əsnəyib qurtaranda bir an çöhrəsi daş kimi
ifadəsiz oldu. Sonra bircə dəfə gülümsəməyə bəndiymiş
kimi, üzünə yenə işıq çiləndi.
O istəməsə də, baxışlarını qadından qaçırtdı. Görən,
əvvəllərdədəmi gözəllik ona qüssə gətirirdi?
Çalışdı Rəhmanın sifətini təsəvvürünə gətirsin – bacar-
madı. Hündür, şaqqalı oğlan olmağı yadındadı, ancaq
156