Page 154 - "Yolüstü söhbət"
P. 154
SULU QAR
Ç ətirdən su damcılayırdı. Qatlayıb suyunu çırpdı.
Sonra ötəri üstünə baxıb, islanıb islanmadığını
bilmək istəyirmiş kimi əlini plaşına çəkdi. Hələ başını
qaldırıb yan-yörəsinə baxmamışdı. Yenə baxmadı. Dikdaban
çəkmələrilə parket döşəməni taqqıldada-taqqıldada teleqram
blankları, qələm, mürəkkəbqabı qoyulmuş stola sarı getdi.
Qadın o vaxt ətrafına baxdı ki, daha heç kim ona
baxmırdı. Hərə öz qayğısının içində vurnuxurdu: kimi
blank doldururdu, kimi sifariş verdiyi danışığı gözləyirdi,
kimi avtomat-telefonda nömrə yığırdı. Ancaq qapı açılıb-
örtüləndəcə başlar qeyri-ixtiyari içəri girən adamın sir-
sifətinə, əyninə baxmaq üçün həmin səmtə çevrilirdi: görən,
indi hava necədi!
O, qadından gözünü çəkib iri, sal şüşəyə yaxınlaşdı.
Küləyin, sulu qarın küçədə çıxartdığı oyunları qaranlıq
gizlədəmmirdi. Elə bil hamının qoluna girmişdilər, kimisə
darta-darta çəkib aparırdılar, kimdənsə sallaşmışdılar, qoy-
murdular addımını atsın. Ordan-burdan düşən titrək işıqda
nə yoluq ağaclar, nə tələsən adamlar öz kölgəsini azdıra
bilmirdi. Təkcə binalar necə varsa da eləcə – ağır-arxayın,
hamıya, hər şeyə laqeyd öz kölgələrinin üstündə möhkəmcə
dayanmışdılar.
154