Page 151 - "Yolüstü söhbət"
P. 151
– Bir də tök... hə, oldu göyçək oğlan. Daha kimin ağzı
nədi balama qız verməsin... Səbrin çatmırsa, özünə çay süz.

– Özgə nə əmrin var, yoldaş xanım həzrətləri?.. Bu ilıqdı
ki...

– İlıqdı?
– Yox, səni aldadıram.
– Eh, heç bilirəm ki, neyləyirəm... ölü yerinnən indicə
gəlmişəm.
– Demək, yemək də çika?
– Var... bir az hövsələni bas.
– Basdım... çarəmiz nədi. Sən niyə əlini qabağına tutubsan,
ə? Quş tapıbsan?
– Uşağı utandırma.
– Əlini çək görüm. Sənnən döyüləm?!
– Bəsdi, sən Allah.
– Çək əlini! Çək! Bax belə... Bu da kişi olub ə, utanır.
İndi bərk tut, birdən qaçar.
Atası şaqqanaq çəkib güldü. O istədi əlini yenə qabağına
aparsın, amma apara bilmədi, dizlərini bir-birinə sıxıb
büzüşdü...
Vedrənin dibində qalan suyu başından carlayıb anası
onu dəsmala bükdü. Qucağına alıb taxtın üstünə qoydu.
Sonra dəsmalla yaxşı-yaxşı quruladı. Qardaşı gələndə o,
artıq paltarını geyinmişdi, oturub hörtdədə-hörtdədə çay
içirdi.
– Salam.
– Ay əleyküməssalam. Bə sazdımı xalan?
– Sazdı... Dədə, Nağı da gəlib, e.
– Xoş gəlib, səfa gətirib. Nağı kimdi?
– Dostumdu. Utanır e, gəlməyə.
– Utanır, üzünə ələk tutsun.

151
   146   147   148   149   150   151   152   153   154   155   156