Page 149 - "Yolüstü söhbət"
P. 149
Bayaqdan çölə qaçmaq istəyirdi. Ağacların altında oy-
nayacaqdı, kəpənəklərin dalınca götürüləcəkdi, ancaq
anasının getməyilə elə bil ağacların çiçəyi soldu, günəşin
istisi azaldı. Uşaq bilmədi nəyə baxsın, nə eləsin, hara
getsin. Söykəndiyi alma ağacının gövdəsi ilə bir qarışqa
yuxarı dırmanırdı. Barmağını qabağına qoydu. Qarışqa bir
az dayandı, sonra sakitcə barmağının böyründən keçib,
yenə yuxarı dırmandı. Qarışqa, deyəsən, onu görmürdü,
yoxsa qorxub qaçardı. Yəqin o, çox böyükdü, buna görə
qarışqa onu görmür. Yəqin buna görə də o, Təpəgözü gör-
mür. Çünki Təpəgöz çox böyükdü ondan.

Tinə nahaq çıxdı. Anası görsə, hirslənəcək. Ancaq hirslənib
döyəndən sonra anası onun yanından getməyəcək. O da
daha darıxmayacaq.

Qonşunun həyətində iri, qara qazanlar asılmışdı, çadır
qurulmuşdu. Çoxlu da adam var idi. Anası, yəqin ki, orda-
dı. Özü orda söhbət eləyir, danışıb-gülür, heç demir o, tək
qalıb.

– Dur burdan, dur! Bə deməmişdimmi, eşiyə çıxma?!
Günümü göy əskiyə bükübsən... Ayağını sürümə, tez gəl.
Başqaxıncısan ma, görən bə nə deyir, domuşub gözünü
zilləyibsən qazana. Yazıq, lap acınnan ölürsənmiş...

Daha evə gedirlər. Bircə onu evdə qoyub yenə qayıtmaya.
– Acmışdın götürüb bir tikə çörək alaydın ağzına.
Çörəyin də yerini bilmirsən?! Dayan, ayaqqabılı çıxma. Ev-
zad görmüyübsən ha, meşədə böyüyübsən. Di gəl, otur.
Halva yeyirsən, ya plov? Yaxşısı budu, qabaqca plov ye.
Ala, bu da qaşıq, götür. Ona kimi su qoyum qızsın, çim,
qardaşın da dərsdən gələndə çimər.
Anası su qoyub, sonra paltarını dəyişdi: qolsuz, bənövşəyi
don geyindi. Açıqda qalmış qolları elə ağappaqdı ki, o

149
   144   145   146   147   148   149   150   151   152   153   154